Spinal stenoz

Spinal Stenoz nədir?

Spinal stenoz, xalq arasında dar kanal olaraq bilinən bir xəstəlikdir. Adətən bel fəqərələrində görülsədə boyun fəqərələrində də ola bilər. Onurğa keçdiyi kanal və onurğa beynindən çıxan sinirlərin keçdiyi dəliklərin hər hansı bir səbəbdən daralmasına verilən ad dar kanal və ya spinal stenozdur.

Çox sıx görülən bir vəziyyətdir. Onurğa beyni və ya sinir köklərinin sıxışmasıyla ağrı, qicolma, gücsüzlük və ya uyuşmaya səbəb olur. Daralma yerinə görə, bu əlamətləri beldə, ayaqlarda, boyun, çiyin və ya qollarda hiss edə bilərsiniz.

Spinal Stenozun səbəbləri?

Bəzi insanlar kiçik bir spinal kanal ilə doğulurlar. Bu "anadangəlmə darlıq" olaraq adlandırılır. Lakin adətən zaman içində yaşa bağlı meydana gəlir ki buna da "qazanılmış spinal darlıq" deyilir.

Ən çox rast gəlinilən səbəb onurğadakı degenerasiyadır. Onurğamızda, bel bölgəsində beş fəqərə vardır və bundan ortada olan üç fəqərə arasında bu xəstəlik ən çox görülür. Lakin bu xəstəliyə səbəb olan yalnız degenerasiya deyil. Onurğa beyni və onurğa beynindən çıxan sinirlərin kanallarını daraldan hər cür səbəb, dar kanal xəstəliyini meydana gətirə bilər.

Məsələn

-doğuşdan kanal dar ola bilər;

-infeksiyalar,

-şişlər,

-qırıqlar,

-yırtıqlar bu xəstəliyə səbəb ola bilər.

Eyni zamanda onurğadakı bəzi deformasiyalar bu xəstəliyi meydana gətirə bilər. Bu deformasiyalar gənclik çağından qalma deformasiyalar ola bildiyi kimi sonradan əmələ gələn deformasiyalarda də ola bilər və bunlarda qarşımıza dar kanal və ya Spinal Stenoz olaraq çıxırlar.

Adətən daralma osteoartrit yəni "aşınma və degenerasiyaya" bağlıdır. Eyni zamanda, fəqərələr arasındakı disklərdə qabarıqlıq və ya bir parçanın qoparaq sinirə təzyiq etməsi də mümkündür.

 

Spinal darlıq kimlərdə daha çox görülür?

-Doğuşdan dar spinal kanalı olanlarda

-Qadınlarda

-50 yaş və ya daha böyük olanlarda

-Daha əvvəl onurğa yaralanması və ya əməliyyatı keçirənlərdə

Bəzi tibbi vəziyyətlər spinal darlığa səbəb ola bilər. Bunlar aşağıdakılar daxildir:

-Osteoartrit və yaşlandıqca inkişaf edən sümük çıxıntı

-Iltihabi spondiloartrit (məsələn, Ankilozlaşan spondilit)

-Spinal şişlər

-Paget Xəstəliyi

Spinal Stenoz xəstələrinin şikayətləri nələrdir?

Spinal Stenoz xəstələrinin şikayətləri, bel ağrısı və ayaqlara vuran ağrı şəklində seyr edilir. Bu xəstəlikdə tipik olaraq nevrogenik kladukasiya deyilən bir vəziyyət meydana gəlir. Xəstələrdə ayaqda dayanmaq və yeridikdə bel ilə ayaq ağrıları meydana gəlir. İstirahət və önə doğru əyildikdə şikayətləri azalır. Buna görə irəli yaşlarda görülən bu dar kanal xəstəliyinə məruz qalanlar, yeridikdə başlayan ağrılarını aradan qaldırmaq üçün müəyyən bir müddət dayanırlar və buna tipik olaraq vitrin xəstəliyi deyilir. Çünki ağrılarını keçirmək üçün ətrafa və ya vitrinlərə baxırlar. Ağrıları keçdikdən sonra getməyə davam edirlər.

Spinal darlıq əlamətləri adətən yavaş başlayır və zamanla pisləşir. Ayaqlarda ağrı qısa məsafələrdə gediş zamanı belə dözülməz qədər şiddətli ola bilər. Xəstələrin çoxu oturmaq istəyir və ya ağrını yüngülləşdirmək üçün önə doğru əyilərək azaltmağa çalışır.

Yavaş irəliləyən bir xəstəlik olduğu üçün ciddi sinir zədələri və iflic olmaz. Bu vəziyyətdə müəyyən bir sinir deyil, bir çox sinirlər təsirlənir. Nevrogenik kladukasiya bəzi vəziyyətlərlə da qarışır. Xüsusilə damar sərtliyində və damar tıxanıqlıqlarında da bənzər şikayətlər meydana gətirir. Ona görə bu xəstələrin diaqnozunda mütləq damar müayinələrinin də edilməsi lazımdır.

Ağrı əhəmiyyətli bir əlamətdir. Ancaq, spinal daralması olduğu halda, ağrısı olmayan xəstələr də ola bilər. Bu səbəblə hər hansı bir əlamət verməyən darlıqlar, müalicə də tələb etmir.

Spinal darlıq necə yoxlanılır?

Mütəxəssisinə müraciət etdiyinizdə sizə bu xəstəliyin əlamətləri və tibbi keçmişiniz haqqında suallar soruşacaq. Ardından müayinələri aparılır. Bu suallar:

-Bud və ya ayaqlarda, uyuşma, gücsüzlük, qic olma, ağrı və ya gedərkən çətinlik çəkmə var mı?

-Ağrı ayaq boyunca enirmi?

-Bağırsaq və / və ya sidik kisəsi funksiyasında pozuqluq var mı? (Sidik və ya nəcisə getməni tuta bilməmək)

-Cinsi funksiya itkisi varmı?                                                                                                  

 Qismən və ya tam ayaq iflici olanlar ağır hadisələrdir. Təcili xidmətə müraciət edərək və ya təcili olaraq neyrocərraha müraciət etməsi lazımdır.                                                                            

Diaqnozu təsdiqləmək və vəziyyətin ciddiliyini təyin etmək üçün başqa testlər də edilə bilər. bunlar:                           -Onurğanın birbaşa grafiləri (rentgeni); Osteoartrit, sümük çıxıntısı və spinal kanalın darlığını göstərmək üçün           -Onurğanın içindəki kanalı daha ətraflı baxmaq üçün; kompüterli tomoqrafiya (KT) və ya maqnik rezonans tomoqtrafiya (MRT),

 

     

                                                                                                                                                                                                               

 EMG (elektromiografiya) ayaqlarınıza gedən sinirləri idarə etmək üçün. Qarin və ya ayaq dopler ultrasəs ilə bənzər şikayətlərə səbəb olan digər xəstəlikləri istisna etmək üçün edilə bilər.

Spinal Stenoz müalicəsi necə edilər?

Əvvəlcə əməliyyatsız müalicə edilməsi lazımdır. Bir çox Spinal Stenoz hadisəsində 80%-ə çatan nisbətdə əməliyyatsız olaraq yaxşılaşma təmin edilə bilər. Ancaq əməliyyatsız üsullarda müvəffəqiyyətsiz olunur və özü ilə ciddi sinir zədələri ortaya çıxarsa cərrahi müalicə edilməsi şərtdir. Xəstəliyin miqdarına, neçə seqment tutduğuna, özü əyriliklər olub olmadığına və sürüşmələri varlığına görə müxtəlif müalicələr reallaşdırılır.

Doğru diaqnozla birlikdə; xəstənin şikayətlərinə görə müalicə planlanır. Dərman müalicəsi, istirahət, ağrı blokadası, fizioterapevtik müalicə və reabilitasiya ən çox edilən müalicələrdir. Əməliyyat planlaşdırılan xəstələrdə belə əvvəlcə 7-10 gün, dərman (əzələ yumşaldıcılar, qeyri-steroid iltihab əeyhinə dərmanlar-QSİƏ) və istirahət verilir.

Cərrahiyyə

Tətbiq olunan müalicələrə baxmayaraq şikayətləri keçməyib gedərək pisləşən və ya çox ciddi sinir təzyiqi olan xəstələrə, cərrahi müdaxilə edilir. Cərrahiyyə əməliyyatının məqsədi sinir elementlərin və onurğa beyini sıxıntıdan azad etməkdir.Bu zaman dekopressiv spinal cərrahiyyə icra edilir.Əgər həmin səviyyədə stabilliyin pozulması varsa bu zaman əlavə olaraq fəqərələrin fiksasiyası icra edilir.Yəni bir çox işin nəticələrinə görə, qısa dövrdə cərrahiyyənin nəticələri, qeyri-cərrahi müalicə görə daha yaxşıdır.Nizamlı məşq, qol və ayaq əzələlərini gücləndirəcək. Bu tarazlıq, yoxuş və düz yolda getmə qabiliyyəti, eləcə də ağrının idarəsini də təmin edir.Bir fizyoterapevt sizə uyğun olan məşqləri göstərə bilər.

 

 

Spinal stenozun ağırlaşmaları.

Spinal darlıq, ayaqlarda yavaş amma irəliləyən güc itkisinə səbəb ola bilər. Əzələ gücsüzlüyü olmasa da ağrı, hərəkətlərdə məhdudiyyətlərə səbəb olaraq həyat keyfiyyətini azaldır, irəliləməsiylə də daha sarsıdıcı ola bilər.

Spinal stenozla yaşamaq:

  -Hərəkətli olun. Nizamlı məşq çox əhəmiyyətlidir, buna görə haftada- ən az üç dəfə 30 dəqiqə boyun-bel və kürək əzələlərinizi gücləndirəcək çox məcbur etmədən gərmə məşqləri edin. Əvvəllər yüngül önə əyilmələrlə başlayın. Gücləndikcə buna yeriş ya da nizamlı üzməyi əlavə edin.                                                                                                -Vərdişlərinizi dəyişdirin. Ağrınızı artıran və ya qıcıqlandıran ağır qaldırma və ya uzun məsafələrdə yeriş kimi hərəkətlərdən qaçının. Ağrı kəsici dərmanlar qədər, ağrını yüngülləşdirmək üçün masaj və ya akupunktur kimi alternativ müalicələri də həkiminizlə məsləhətləşin.                                                                                                         -Çox kilolarınızdan xilas olun.

back to top button