Onurğa sütunumuz fəqərələrdən təşkil olunmuşdur. Bu fəqərələrin ön və arxa səthləri bir xətt üzrə bir-birinin tam üstündə olacaq şəkildə düzülmüşdür. Bir fəqərənin hər hansı bir səbəblə altındakı fəqərə üzərindən önə doğru sürüşməsinə anterolistez, arxaya doğru sürüşməsinə isə retrolistez deyilir. Ən çox lumbosakral bölgədə görülür.
Səbəbləri.
1. Travma nəticəsində fəqərələri bir-birinə bağlayan oynaqlarda qırıq yaranması.
2. Yaşla birlikdə fəqərələrdə pozulma nəticəsində sürüşmənin yaranması. Qadınlarda kişilərdən bir az daha çox rast gəlinir.
3. Anadangəlmə olaraq sacrum ilə ən alt bel fəqərəsi arası əlaqənin zəif olması.
4. Spondilolizis, yəni istmik spondilolistez - Embrion inkişafı dövründə fəqərə cismi ilə arxa hissəsi arası əlaqəni təmin edən istmus deyilən bölgə tam inkişaf etmədiyi üçün bağlantı yeri aralı qalmışdır.
5. Şiş kimi xəstəliklərdə əlaqə zəifləməsi nəticəsində patoloji sürüşmə.
Təsnifatı
Tip 1 Displastik - Ən çox L5-S1 səviyyəsində rast gəlinir. Anadangəlmə S1 və L5 fəqərəsinin oynaq çıxıntıların anomaliyaları nəticəsində yaranır. Arxa elementlər intact qalır. Bu səbəbdən kobud nevroloji defisitlərlə müşayiət olunur.
Tip 2 İstmik - Anadangəlmə istmusda defektin olması. Ən cox rast gəlinən tipdir. Bel oma birləşməsində yaranır. Üç növü var
Tip 3 Degenerativ - Fəqərənin sürüşməsinə səbəb uzun müddətli fəqərəarasındaki qeyri stabillikdir. Ən çox qadınlarda və L4-L5 fəqərə arası məsafədə rast gəlinir.
Tip 4 Travmatik - Oynaqlararası qövsün travmatik sınması
Tip 5 Metabolik - Şiş və ya sümük toxumasının metabolik dəyişikliyi nəticəsində yaranır.
Tip 6 Yatrogen - Cərrahi əməliyyatda dekompresiyya zamanı artıq rezeksiya
Dərəcələnməsi
Bir fəqərə digərin üzərində sürüşməsi <25% olarsa Grade1, 25-50% Grade 2, 50-75% Grade 3, >75% Grade 4 sayılır
Əlamətlər.
Sürüşmə olan yerdə psevdoyırtıq meydana gəlir. Sürüşmə dərəcəsindən, tipindən və səviyyəsindən asılı olaraq ya yalnız dar kanal, ya da yalnız onurğa iliyindən çıxan sinir kökü sıxışması, ya da bunların ikisi bir yerdə müşahidə olunur. Yalnız sinir kökü sıxışma əlamətləri olursa bel yırtığı ilə qarışdırırlar. Sürüşmənin yaratdığı MRT-dəki yalançı yırtıq görünüşünə səhvən bel yırtığı diaqnozu qoyula bilər. Əlamətlər dar kanal kimi olanda da əvvəlcə bel yırtığı fikirləşilə bilir. Çünki dar kanalın özü praktikada bel yırtığı ilə qarışdırılır. Spondilolistezislərdə başlıca əlaməti bel ağrısıdır. Paresteziyalar və parezlər, həmçinin əzələ gərginliyi və radikülit ağrıları da ortaya çıxa bilər. Sürüşmə miqdarının çox olduğu vəziyyətlərdə beldə arxada çuxurluq görülə bilər. Xəstə gəzərkən bel ağrısı, ayaqlarda uyuşma, keylik, ağrı əmələ gəlir. Buna görə xəstələr əvvəl zamanlar oturmağa meyl göstərir. Bundan sonra xəstə yenə də yoluna davam edir. Bir müddət yeridikdən sonra eyni proseslər təkrarlanır. Burada yeriş məsafəsi çox önəmlidir. Xəstələr əvvəllər gəzmə məsafəsinin 500 metr, sonralara isə xəstəlik irəlilədikcə yeriş məsafəsinin 100 metr və s. qədər azalmasını qeyd edir. Buna başqa adla “Vitrin Xəstəliyi” də deyilir. Belə deyilməsinə səbəb, yolda gəzən qadınlar ağrıları, uyuşmaları, keylikləri artdığına görə anlamsız yerə durmaq əvəzinə vitrinə baxırlarmış kimi mağaza önündə dayanaraq əllərini bellərinə qoyaraq kürəklərinin geriyə doğru ataraq qismən də olsun rahatlaşmağa çalışırlarmış. Ağrı azaldıqdan sonra yenə yollarina davam edirlər.
Diaqnositkası
Rentgenoloji müayinədə lumbar lordoz azalmasi, hansı səviyyədə stabilliyin pozulması aşkarlana bilir. Sürüşməyə bağlı olaraq spinal kanalda darlıqlar təsbit edilir. Aradakı diskin vəziyyətini təsbit etmək, spinal kanalın darlıq dərəcəsini anlamaq və sinir köklərinin hansı nisbətdə sıxışdığını görmək üçün MRT tədqiqi edilməlidir.
Müalicəsi.
Başlanğıcda istirahət edin sonra yüngül məşq etmək kifayət edir. Ağrıkəsici dərmanlar müəyyən fasilələrlə davamlı olaraq alınmalıdır. Xəstədən xəstəyə təsirlərdə dəyişiklik göstərir. İltihab əleyhinə dərmanlar əgər mədə xorası, qastrit və ya reflüks xəstəliyiniz varsa bu dərmanları istifadə etməməlisiniz. Fizik müalicənin bir çox şəkli var. Bu səbəblə bu mövzunu fizioterapevt həkimlə müzakirə olunmalıdır. Bəzi xəstələr epidural olaraq steroid inyeksiyası edildiyində rahatlayırlar. Daha inkişaf etmiş mərhələlərdə əməliyyat tətbiq olunur. Hansı mərhələdə əməliyyat edilir?
- Yeriş məsafəsi 500m.dən az olan xəstələr ağrısı olsun olmasın əməliyyat olunmalıdır.
- Ayaqlarında qismən, ya da tam yerləşmiş iflic olanlar əməliyyat olunur.
- Ağrı səbəbiylə həyat keyfiyyəti düşmüş olanlar, yerimə məsafəsi 500 m üstündə də olsa əməliyyat fikirləşilə bilər.
Xəstə əməliyyatın sabahısı günü ayağa qalxır və gedır. Əməliyyat əvvəli ayağında qalıcı iflici olanlar iflicin dərinliyinə və şiddətinə görə sırayla yavaş-yavaş düzəlmə göstərməyə başlayır. Ən son əlavə olunan və daha tam pozulma yaratmağa fürsət tapmamış iflic dərhal düzəlir. Əgər xəstənin qüvvət itkisi bir neçə il əvvəl yaranıbsa, başqa sözlə desək sinir lifləri tamamilə funksiyasını itirmişsə əməliyyatdan sonra geri dönməyə bilir və bunu xəstəyə əməliyyat əvvəli ətraflı izah olunur. Bu mərhələdə mövcud funksiyaları qorumaq xəstənin sonrakı ağırlaşmanın qarşısının alınması bele xəstələrə faydalıdır.