Onurğa şişləri, onurğa və onurğa beynini meydana gətirən; sümük, sinir və ya yumşaq toxuma kimi hissələrin hər hansı birində yaranan şişlərdir. Bu şişlər onurğanın boyun, kürək, bel və büzdüm kimi bölgələrində yerləşə bilər.
Onurğa şişləri bədxassəli və ya xoş xassəli ola bilər.
Onurğa şişlərinin xüsusiyyətləri hansılardır?
Bədəninizin bir çox yerindəki xoş xassəli şişlər ciddi narahatçılıq yaratmaya bilər. Onurğa sütunnun şişlərində isə hər hansı bir şiş sinirlərinin üzərinə təzyiq edərək ağrıya, nevroloji problemlərə və bəzən iflicə yol aça bilər.
Bir onurğa şişi bəd və ya xoş xassəlisi, həyatı təhdid edərək qalıcı şikəstliyə yol aça bilər. Bununla birlikdə onurğa şişi müalicələrindəki inkişaflar sayəsində əvvəlki dövrlərə nisbətən daha çox seçim var.
Onurğa şişlərinin səbəbləri hansılardır?
Elm insanları hər nə qədər çox müxtəlif şişlərin inkişafındakı ekoloji və genetik faktorlar haqqında hər gün daha çox məlumat əldə etməyə davam etsə də, onurğa şişləri müqayisədə çox bilinən bir mövzu deyil. Onurğa şiş hüceyrələrinə ümumiyyətlə bir çox anormal gen daxildir, lakin bir çox hadisədə bu genetik dəyişikliklərə nəyin gətirib çıxardığı bilinmir.
Bununla birlikdə bəzi hadisələrdə onurğa şişlərinin eyni nəsildə görüldüyünü və belə ailəvi xərçəng sindromlarıyla əlaqəli olduğunu bilirlər.
Onurğa şişlərinin əlamətləri hansılardır?
Onurğa şişlərində görülən ən tez əlamət, onurğanın əlaqədar bölgəsində ibarət olan və aşağı yuxarı yayılan ağrıdır (boyun, bel ağrısı kimi). Ağrı, xüsusilə gecə ortaya çıxa bilir və fiziki fəaliyyət ilə arta bilir.
Şişin birbaşa onurğa beynindən qaynaqlanması vəziyyətində və ya onurğada qaynaqlanan şişin onurğaya təzyiq etməsi vəziyyətində onurğa beynində təzyiq əlamətləri görülə bilər. Bunlar təzyiqin olduğu yerə görə dəyişiklik göstərirlər. Qol və ayaqlarda, döş bölgəsində uyuşma görülərkən əl, qol və ayaqlarda qüvvət itkisi və yerimədə çətinlik kimi tapıntılar ortaya çıxa bilər.
Şişin yerinə və növündən asılı dəyişən müxtəlif əlamətlər ola bilər; əlamətlər şiş böyüməsinin
-onurğa iliyi üzərinə
-sinir köklərinə
-qan damarlarına yoxsa
-fəqərə sümüklərinə təzyiq etməsinə görə dəyişir.
Bu əlamət bunlardır:
-Adətən bədənin digər qisimlərinə vuran və gecələri daha da pisləşən kürək ağrısı.
-Xüsusilə ayaqlarınızda əzələ gücsüzlüyü və hissi pozğunluq
-Bəzən düşməyə səbəb olacaq şəkildə gedərkən çətinlik çəkilməsi.
-Ağrı, isti və soyuğu daha az hiss etmə
-Bağırsaq və ya sidik kisəsi funksiyasının itirilməsi
-Hansı sinirin təzyiq gördüyünə bağlı olaraq bədənin fərqli yerində müxtəlif ağırlıqda ifliclər
-Böyük, xərçəngli olmayan bir şiş səbəbindən meydana gələn skolioz və ya digər onurğa şəkil pozğunluqları
-Xüsusilə kürək ağrısı, həm bədxassəli ,həm də xoşxassəli şişlərin ən məşhur əlamətidir. Ayrıca onurğanın kənarına ombalarınıza, ayaqlarınıza və qollarınıza vura bilər və müalicəyə baxmayaraq zamanla şiddətlənə bilir.
Onurğa şişləri necə böyüyür?
Onurğa şişləri fərqli sürətlərdə böyüyür. Ümumi olaraq bədxassəli şişlər sürətli böyüyərkən xoşxassəli şişlər çox yavaş irəliləyir, bəzən illərcə, hətta onillərcə heç bir problemə gətirib çıxarmır.
Həkimə nə zaman getməlisiz?
Kürək ağrılarını çoxu bir fəqərə şişiylə əlaqəli deyil. Lakin bir çox kürək ağrısında erkən diaqnoz və müalicə əhəmiyyətli olduğu üçün bu cür kürək ağrınız varsa həkimə gedin.
-Davamlı ağrı.
-Hərəkətlərlə bağlı deyil.
-Gecələr pisləşir.
-Reseptsiz analgetiklərlə rahatlamır.
Bu şəraitlərdə dərhal təcili tibbi yardıma müraciət edin:
-Ayaqlarda irəliləyən əzələ gücsüzlüyü və ya uyuşma.
-Bağırsaq və ya sidik kisəsi funksiyalarında dəyişmə.
Onurğa şişlərində diaqnoz qoyma prosesi necədir?
Onurğa şişlərində diaqnoz qoyma prosesi anamnez və fiziki müayinə ilə başlayır. Xəstələrdə daha əvvəl keçirilmiş və ya müalicə altında olan bir xərçəng hekayəsi ola bilər. Həkiminiz şişdən şüphələnirsə sizdən, birbaşa MRT istəyə bilər. Bəzən bədənin başqa yerlərində də prosesin olub-olmadığını anlamaq üçün sintigrafiya tələb edilə bilər.
Bu üsullarla şiş təsbit edilsə tipini və qaynağını öyrənmək üçün biopsiya edilməsi lazım olacaq. Bu çox vaxt yerli anesteziya altında iynə və ya trokar biopsiyası olaraq onurğa cərrahları, ya da invaziv radiologiya mütəxəssisləri tərəfindən həyata keçirilə bilər. Bəzi hallarda açıq biopsiya seçim edilə bilər.
Biopsiya ilə şişin qaynağı və tipi təyin olunursa bundan sonrakı müalicənin təyin olunmasına kömək edəcək.
Onurğa şişlərində cərrahi seçimlər nələrdir?
Onurğa şişlərinin cərrahi müalicəsində seçim şişin qismən ya da tamamilə çıxardılmasıdır. Bu mövzudakı qərarı cərrah verməlidir. Cərrahın qərar verərkən diqqət edəcəyi meyarlar;
-şişin tipi,
-yayılması,
-xoş və ya bəd xassəli olması,
-kimya- ,şüa terapiyasına həssas olub-olmaması,
-nevroloji risk dərəcəsi,
-gözlənilən yaşama müddəti kimi meyarlardır.
Bu meyarlar qiymətləndirilərək risk-fayda nisbətləri və ola biləcək digər müalicə variantları xəstəyə təqdim olunacaq.
Ümumi yaxşılaşma müddəti cərrahiyyənin nə qədər kompleks olduğuna görə 3 ay ilə 1 il arasında dəyişə bilər.
Onurğa şişlərində əməliyyat nə zaman tələb olunur?
Onurganın özündən qaynaqlanan primer bəd xassəli şişlər təsbit edildiyi anda adətən cərrahi müalicə tətbiq edilir. Məqsəd, bəd xassəli şiş hüceyrələrinin tez zamanda mühitdən uzaqlaşdırılmasıdır.
Primer bəd xassəli və ya metastatik şişlərin irəliləyici nevroloji itkiyə və ya qısa müddətdə nəcis-sidik idarəsinin itməsinə səbəb olursa yenə cərrahi müalicə tətbiq edilir.
Cərrahiyyənin lazımlı ola biləcəyi bir başqa vəziyyət isə şişin kimyaterapiya və ya şüa terapiyasına həssas olmaması və bu müalicələrə cavab verməməsi vəziyyətidir.
Cərrahiyyə sonra xəstəxanada qalma müddəti 3 ilə 10 gün arasında davam edə bilər və müəyyən bir müddət fiziki müalicə, reabilitasiya edilməsi lazımdır.
Bəzi şişlər üçün cərrahi müalicə sonrası kimyaterapiya və ya şüa terapiyası tətbiq olunması lazım ola bilər.
Onurğa şişlərində uzun dövr təqibi necədir?
Şişin tipinə görə həkiminiz sizi müəyyən bir müddət və fasilələrlə nəzarət edəcək. Təqiblər adətən şüa və ya MRT ilə edilir.