Fəqərə sütunu travmaları

Fəqərə sınıqları.

Onurğa yaralanmaları yüngül bir yumşaq toxuma travmasından tutmuş fəqərə sınığı və onurğa beyni yaralanmasına qədər müxtəlif şiddətdə ola bilər.

Ən çox onurğanın hansı nahiyəsində olur?

Qırıqların 5-10 %-i boyun fəqərələrində, 70 %-i döş və bel fəqərələrində və qalanları daha aşağı bölgələrdə görülür. Ən tez yaralanan bölgə kürək və bel onurğalarının birləşdiyi (12-ci döş fəqərəsi və 1-ci bel fəqərəsi) onurğanın ən hərəkətli bölgəsindədir.

Kimlərdə daha çox olur?

Fəqərə sınığı 80% 18-50 yaş arası kişilərdə müşahidə olunur. Kişilər qadınlara görə 4 qat daha çox fəqərə sınığı keçirmə riskinə malikdirlər.

Fəqərə sınıqlarının neçə növü var?

-Çökmə sınıqlar - Partlamış sınıqlar.

Bir sümüyün üzərinə çox yük düşməsə nəticəsində sümük sınır. Ən sıx görülən sınıq tipi fəqərənin ön qisminin çökdüyü "çökmə qırıqlardır". Əgər onurğa üzərinə düşən yük daha da artarsa onda fəqərənin orta və arxa qismi də qırılar və qırıq parçaları onurğa beyni kanalına doğru irəliləyərək onurğa beynini zədələyər. Bu tip sınıqlara "partlamış sınıq" da deyilir. Partlamış qırıqlarında onurğa beyni yaralanması və iflic tez görülür.(şəkil1)

 

 


-Sınıq-çıxıqlar.

Onurğa üzərinə düşən yüklər daha da artarsa onda sümükdə qırıqla birlikdə fəqərələri bir yerdə tutan disklərdə, bağlarda və oynaqlarda da zədə ola bilər və iki fəqərənin bir-biri ilə əlaqəsi qoparaq onurğa çıxığı meydana gələ bilər. Bu vəziyyətə sınıq- çıxıq deyilir. Bu tip qırıqlarda adətən onurğa beyni yaralanması da mövcud olur. Eyni zamanda bu tip qırıqların yaxşılaşması daha çətindir və sınıq- çıxıqlar cərrahi müalicə tələb edir.(şəkil2)

 

Fəqərə sınığın çökmə dərəcəsi

Fəqərə cismin hündürlüyün 20-25% azalması yüngül deformasiya,25-40% azalması orta dərəcəli deformasıya, >40% azalması ağır dərəcəli deformasiya kimi dərəcələnir.(şəkil3)

 

 

Ən çox yaranma səbəbi hansılardır?

Onurğa qırıqları gənclərdə əksəriyyətlə yüksəkdən düşmə və ya yol qəzası kimi yüksək gərginlikli travmalarla meydana gələr. Yaşlılarda isə osteoporoza bağlı olaraq sadə travmalarla hətta zədə olmadan da fəqərə qırığı meydana gələ bilər.

Əlamətləri nələrdir?

Onurğa qırıqlarının erkən dövrdəki əlamətləri əsasən boyun, kürək və bel ağrısı ilə əzələ spazmı şəklində özünü göstərir. Onurğa beyni yaralanması da qırıqla bərabər müşahidə olunursa keylik, qol və ayaqlarda hissizlik, qüvvət itkisi, sidik qaçırma, defekasiya aktının qeyri iradi olması kimi şikayətlər ola bilər.(şəkil4)

 

  Gecikmiş dövr əlaməti isə sinir yaralanması olmayan xəstələrdə kafi müalicə tətbiq olunmazsa onurğada  postravmatik kifoz(şəkil5)


(öz təcrübəmizdən)   

                                            

və buna bağlı yaranan kürək, bel ağrılarıdır. Sinir yaralanması vəziyyətində isə inkişaf edən duyğu itkisi və iflic gec dövr əlaməti olaraq sayıla bilər.

Yüngül yaralanmalarda müalicə olunmadıqda düşən ayaq (drop foot) dediyimiz ayaq biləyində yuxarıya doğru hərəkət itkisi meydana gələ bilər.

Yaralanma zamanı nə etməliyik?

Onurğa yaralanması olduğu andan etibarən ən yaxın xəstəxanaya nəql olunmalıdır və bu əməliyyatın quruluş şəkli çox əhəmiyyətlidir. Transport üçün doğru olan təcili yardım tətbiq olunmalıdır. Xəstənin uyğun mövqedə daşınmaması yaralanma dərəcəsinə təsir edən ən əhəmiyyətli ünsürlərdən biridir. Təcili yardıma çatdırdıqdan sonar həkimlər ilk müdaxilə və müayinə edər və diaqnoz qoyulması üçün aşağıdakı müayinələri istəyər.

Diaqnoz necə qoyulur?

Ümumi rentgenoqrafiya: Yaralanma şübhəsi olan xəstələrə ilk ediləcək müayinədir. Çox vaxt yaralanma olub olmadığını müvəffəqiyyətli şəkildə istisna edə bilər.

Kompüter tomoqrafiya: Qırıqları ümumi rentgenoqrafiyadan daha yaxşı göstərir. Ümumi rentgenoqrafiyada görülən qırıqların şiddətini və tipini qiymətləndirmək üçün tələb oluna bilər.

Maqnit rezonans tomoqrafiya (MRT): onurğa beyni və yumşaq toxumaların qiymətləndirilməsində ən yaxşı üsuldur. Hər xəstədə lazımlı deyil, ancaq qırıq təsbit edilən xəstələrdə qırığın şiddəti və yumşaq toxumaların vəziyyətini qiymətləndirmək üçün tələb oluna bilər.

Fəqərə qırıqlarının müalicə prinsipləri hansılardır?

Fəqərə zədələrinin müalicəsi yaralanma tipinə və onurğa beyni zədələnməsinin olub-olmamasına görə dəyişilir.

Fəqərələrin yalnız ön qisimində çökmə olan və sümükləri bir-birinə bağlayan yumşaq toxumaları yaralanma olmayan xəstələrdə yataq istirahəti və korset ilə müalicə tətbiq edilir. Xəstələr korset istifadə edərək gündəlik işlərinə təxminən 10 gün içərisində qayıda bilərlər. Korset istifadə müddəti üç- altı ay arasında dəyişir.

Yaralanma əgər qeyri sabit bir qırığa, ya da sınıq- çıkığa yol açmışsa, onurğa beyni zədələnməsi meydana gətirmişsə, ya da meydana gəlmə riski daşıyırsa müalicədə cərrahı üsullar seçim edilir.

Cərrahi müalicədə, onurğaların sağlamlığının yenidən əldə edilməsi adətən arxa hissədən tətbiq olunan vida və rodlarla təmin edilir.(şəkil6)

 

Osteoporoza bağlı yaranan çökmə qırıqlarında isə vertebroplasti və ya kifoplasti metodu seçilir.(şəkil7)

 

 

 

 

back to top button