Onurğa sütunun anatomiyası

Onurğa sütünu fəqərələrdən, qığırdaqlardan, bağlardan, oynaqlardan təşkil olunmuşdur. Onurğa anatomiyası ümumi olaraq üç hissədə incələnir. Bu hissələrdə 7 boyun, 12 döş və 5 bel fəqərələri aiddir. Bel fəqərələrinin dərhal altında embrioloji olaraq onurğa quruluşundakı Sakrum sümüyü və onun altında embrioloji olaraq onurğa mənşəli büzdüm sümüyü yerləşir. (şəkil1)

Bir fəqərə sümüyündə müxtəlif parçalar vardır. Fəqərə cismi ana yükü daşıyan hissədir. Fəqərə cismi disk deyilən elastik toxumalar üzərində sıralanır. Fəqərə cismin dərhal arxasında da onurğa beyninin keçdiyi kanal vardır. Onurğa be­yini bü­tün or­qan­lar ara­sın­da­kı ko­or­di­na­si­ya­nı tə­min edir. Onur­ğa­nın ən mü­hüm funk­si­ya­sı yük da­şı­maq­dır. Or­qa­niz­min yu­xa­rı his­sə­si­nin ağır­lı­ğı onur­ğa­nın üzə­ri­nə dü­şür. Hər də­fə ad­dım atan­da onur­ğa­mı­zı əmə­lə gə­ti­rən fə­qə­rə­lər bir-bi­ri­nin üzə­rin­də hə­rə­kət edir. Onur­ğa­nı təş­kil edən 33 fə­qə­rə­nin ağır­lıq al­tın­da hə­rə­kət et­mə­sin­dən qa­çınıl­mazsa sür­tün­mə ha­di­sə­si ya­ra­nır. Sür­tün­mə­yə gö­rə də aşın­ma or­ta­ya çı­xa­caq. Hə­min aşın­ma hə­ya­ti əhə­miy­yət­li bir ra­bi­tə şə­bə­kə­si­ni qo­ru­yan və ey­ni za­man­da da bö­yük bir yük da­şı­yan onur­ğa üçün ol­duq­ca bö­yük prob­lem­lər ya­ra­dar­dı. Bəs üst-üs­tə yer­ləş­miş 33 fə­qə­rə­dən əmə­lə gəl­miş qu­ru­luş əzil­mə­dən və sür­tün­mə­dən ne­cə qo­ru­nur?Hər fəqərə alt və üst hissədə olmaqla, ümumi 4 oynaq ilə birinə bağlanır. Bu kilid sistemi onurğanın sabitliyini təmin edir.

Onurğanın Əyrilikləri:

Normal onurğaya yandan baxdiqda S-vari əyriliyə malik olması aşkarlanır. Boyun və bel nahiyyəsində çökək əyrilik (lardoz), döş və oma nahiyyəsində isə qabarıq əyrilik (kifoz) var. Onurğanın bu cür forması ağrılığı dəf etməkdə və qamətin düz saxlanmasında rol oynayır. (şəkil2)

Onurğanın öndən görünüşü isə bir düz xətt kimidir. Düzgün qamətin formalaşmasında onurğanın açıcı və bükücü əzələlərin bir biri ilə qarşılıqlı münasibəti rol oynayır. Onurğa, bir tərəfdən bədənimizin dik dayanmasını, digər tərəfdən də içindəki kanaldan keçən onurğa beyninin qorunmasını təmin edən sümük zəncirinə verilən addır. (şəkil4)

Onurğa beyni isə beyin kötüyündən başlayaraq, at quyruğuna qədər uzanan və beyin ilə orqanlar arasındakı əlaqəni təmin edən mərkəzi sinir sisteminə verilən addır. Spinal cord ya da Medula spinalis olaraq da adlandırılır. Bu baxımdan orqanların bütün motor, (yəni hərəkət fəaliyyətləri) və duyğu (hiss) fəaliyyətləri onurğa beyni tərəfindən nəzarət edilir. Onurğa beyni bundan əlavə tək başına reflekslərə də nəzarət edir. 33 sümükdən ibarət olan onurğa sistemimizin hər birinə vertebra (fəqərə) adını veririk. Bu onurğaların olduqları bölgəyə görə şəkilləri bəzi fərqliliklər göstərməklə birlikdə ümumi anatomik strukturları eynidir. Bu şəkil fərqliliklərinə görə siniflənən fəqərələr 5 qrupa bölünür

Bunlar;

1. Cervikal vertebralar- 7 ədəd

2. Torakal vertebralar- 12 ədəd

3. Lomber vertebralar- 5 ədəd

4. Sakral vertebralar- 5 ədəd

5. Büzdüm Vertebraları. Bir-birinə yapışıq halda 3-4 ədəd

1. Cervikal vertebralar: Kəllənin qurtaran nöqtəsindən başlayan 7 fəqərə cervikal vertebralar olaraq adlandırılır. C1-C7 kimi işarələnir. Qollar, əllərin hərəkət və duyğu (hiss) fəaliyyətləri onurğanın bu şöbəsi tərəfindən nəzarət edilir. Əgər onurğada meydana gələn bir zədə bu bölgədə onurğaya zərər verərsə, bədənin qollar və aşağısındakı bölgələri iflic olacaq. Quardiplegiya olaraq adlandırılan bu iflic növündə tənəffüs hərəkətinə nəzarət edən əzələlər da təsirlənəcəyi üçün ölüm riski ola bilər.

2. Torakal vertebralar: Boyun kökündən başlayıb, qabırğaların onurğayla birləşdiyi son nöqtəyə qədər olan 12 fəqərəyə verilən addır. Th1-Th12 kimi işarələnir.Bu fəqərələr gövdə bölgəsinə aid motor və duyğu fəaliyyətinə nəzarət edir. Əgər zədə bu bölgədə reallaşarsa gövdə və aşağısında qalan bölgələrdə, yəni ayaqlar, genital və cinsi qabiliyyətlər üzərindəki nəzarət itəcək, paraplegik iflic yaranacaqdır.

3. Lomber vertebralar: Torakal vertebralardan sonra bel bölgəsini tutan 5 ədəd vertebraya lomber vertebralar adı verilir. L1-L5 kimi işarələnir. Lomber vertebralar nahiyyəsində bir zədə olarsa paraplegik iflic yaşanacaq; ayaqlar və aşağı bölgədə qalan funksiyalar, yəni genital və cinsi qabiliyyətlər üzərindəki nəzarət aradan qalxacaq.

4. Sakral vertebralar: oma nahiyyəsindəki 5 vertebraya verilən addır. Oma sümüyü kimi də adlanır. Bu vertebralar ayaqlara və cinsi- genital funksiyalara nəzarət edir. Bu bölgədə yaşanacaq bir zədə nəticəsində ayaqlar və genital - cinsi funksiyalar, duyğu və motor fəaliyyətləri itiriləcəkdir.

5. Büzdüm vertebraları: Onurğanın uc qisimində, bir-birinə yapışmış 3-4 vertebraya verilən addır. Bu vertebralar tək başlarına bir bölgəni nəzarət etmir, burada yaşanacaq zədələr diqqətə çarpan bir iflicə yol açmır, ancaq yalnız ayaqlarda funksiya pozuqluqları ola bilər.

Vertebralar bir-birilərinə aralarındakı disk adı verilən yastıqlarla bağlanır. Disklərin onurğa sistemindəki rolu sümüklərin bir-birinə dəyərək aşınmasını önləmək və onurğa hərəkəti zamanı elastikliyi təmin etməkdir. Onurğanın yanında, hər tərəfdən onu əhatə edən və ligament adı verilən bağ toxuması vardır. Ön bölgəni tutan bağlara anterior ligament, arxa bölgəni tutan bağlara isə posterior ligament adı verilir. Bütün bu ünsürlərlə bir bütünlük meydana gətirən onurğa sistemi stabil (yəni sabitlənmiş) bir halda vəzifəsini tam olaraq yerinə yetirir və onurğa beynini qoruyur. Onurğa beyni beyin kötüyü nahiyyəsindən başlayaraq L1 fəqərəsinə qədər davam edir və at quyruğu adlanan sinirlər toplusuna keçir. Onurğa beyindən hər fəqərələr arasından bir cüt sinirlər çıxır. Bu sinirlər müvafiq nahiyyələri innervasiya edir ki bunlar dermatom adlanır.(şəkil5)

Onurga beyindən çıxan sinirlərin zədələnməsi zamanı müvafiq dermatom boyu ağrı və hissi pozğunluqlar olur (şəkil6).

 

 

back to top button