Periferik sinirlərin travmatik zədələnmələri

Periferik sinirlərin, müxtəlif travmatik səbəblərə bağlı zədə nəticəsində hərəki, hissi və avtonom funksiyalarının tək-tək və ya hamısının itkisinə səbəb olan zədədir. Baş beyin və spinal sinirlər beyni və onurğa beynini tərk etdikdən sonra müxtəlif yerlərdə yaralana bilər.

Periferik sinir zədələri olduqda

-Bu xəsarət dərhal tanıya bilmək yaxşı bir nəticə əldə etmək üçün əhəmiyyətlidir

-Sinir cərrahiyəsindəki cihazlara və diaqnostik görüntüləmədəki texnoloji inkişaflara baxmayaraq sinir yaralanmalarında prognoz pisdir.

-70 % 'ində 6 ay içində tamamilə sağalma müşahidə olunur.

Sinir yaralanması;

- Tam- motor və duyğu itkisi tam itir.

- Tam olmayan- sinirin davamlılığı var, itki tam deyil.

- İtkinin dərəcəsi zədə şiddəti ilə mütənasib olmaya bilər.

- Xəsarətin meydana gəlmə şəkli əhəmiyyətlidir.

Rast gəlmə sıxlığı

Gənc yetkin kişilərdə tez-tez rast gəlinir.

Qırıqlarla birlikdə sinir yaralanmaları görülməsi damar yaralanmalarından daha çox rast gəlinir.

Ən çox rast gəlinən zədə küt / penetran zədədir.

Səthi yaralanmalarda sinir yaralanması riski daha yüksəkdir.

Birlikdə Görülən xəsarətlər.

Qırıqlarla və qırıqlı-çıxıqlarla əlaqəli ola bilər.

Qırıqla birlikdə olan periferik sinir yaralanmalarının təqribi 95 %'i yuxarı ətraflardadır.

 

Ən çox humerus qırıqlarında radial(mil) sinir 60% ,ulnar(dirsək) sinir 18%, peroneal sinir 15%, median sinir 6% zədələnir.

            

Nevral zədə dislokasyonlarla birlikdə daha tez rast gəlinir.

Diz çıxıqları nəticəsində 18% hallarda sinir zədəsinə rast gəlinir.

.Çiyin çıxıqlarında 5% Aksillər sinir zədəsinə rast gəlinir.

Etilogiyası.

Periferik sinir yaralanmasına yol açan etioloji faktorlar dəyişəndir.

-Yaralanmalar və kontüzyonlar.

-Stress və çəkilmə-brakial pleksus, radial və peroneal sinirlərdə rast gəlinir.

-İstilik- yanıqlarda gec dövrdə yaranır.

-Elektrik

-Inyeksiya yaralanmaları

-Zədə: Küt, penetran,Kəsici

Sunderland təsnifatı.

1-ci dərəcə: demielinizasaya ilə birlikdə müvəqqəti keçirici blok yaranır, yaxşılaşma tamdır.

2-ci dərəcə: Wallerian degenerasiya,

denervasina, endonevral borular sağlamdır, yaxşılaşma tamdır.

3-cü dərəcə: Fibrilasyonla dəyişən denervasiya, bərpası 1 mm / gün,

endonevral borular sağlam deyil, yaxşılaşma tam olmur.

4-cü dərəcə: geniş çapıq sahəsi, bərpa olması üçün cərrahiyə lazımdır.

5-ci dərəcə: tam kəsik.

Burada yaranan zədələr tək və ya bir çox sinirə təsir edə bilər.

Klinik əlamətləri.

Travmatik sinir lezyonlar sinir impuls ötürülməsi pozur. Zədələrin hansı sinirə təsir etməsindən asılı olaraq müxtəlif kliniki əlamətlərə rast gəlinir.

Bu vəziyyət hissi sinirlərinin yaralanmalarında hissi pozğunluqlar- hipoesteziya, paresteziya və hiperesteziya ilə özünü göstərərkən; motor sinir zədələrində eninəzolaqlı əzələlərdə güc itkisi və atrofiya meydana gəlir. Avtonom funksiyanın pozulmasında isə; sinir keçiriciliyinin yavaşlaması, fibrilyasiya kimi əlamətlər ortaya çıxır.    

Periferik sinir yaralanmasının diaqnozu və yaxşılaşması.

Diaqnoz qoyulan zaman xəstənin yaralanması və şikayətləri soruşulmalıdır və yaralanma mexanizmi ilə ətraflı məlumat əldə edilməlidir.

Nevroloji Müayinə-Periferik sinirin qüvvət və duyğu müayinəsi edilərək səviyyə müəyyən edilir.

Elektromielografiya (EMG) sinir probleminin səviyyəsi və dərəcəsi haqqında ətraflı məlumatlar verir. EMG də təyin olunan səviyyə və ziyan vəziyyətinə görə xəstəyə müalicə planlanır.

Beyin və onurğa beyni yaralanmalarında yaxşılaşma olduqca məhduddur, bununla müqayisədə periferik sinir yaralanmalarında yaxşılaşma daha yüksəkdir. Bu proses bəzən aylar çəkir. Bu müddətdə əzələlərdə atrofiya yaranır. Bu zaman faktorunun bilinməsi çox əhəmiyyətlidir. Xəstələrin səbirli, ümidlərini itirmədən gözləmələri və passiv məşq edərək əlaqədar oynağın hərəkətsiz qalmasının qarşısı alınmalıdır.

 

back to top button