Shaken Baby Sindromu (Sarsılmış körpə sindromu)
Sarsılmış körpə sindromu bir körpəni qüvvətlə və şiddətli bir şəkildə sirkələməklə meydana gəlir. Bu vəziyyətin digər səbəbləri arasında istismarlı baş zədəsi, sallamalı zərbə sindromu, boyun sarsıntılı yelləmə sindromu və bilərək baş zədəsi vardır.
Sarsılmış körpə sindromu şiddətli beyin zədəsinə gətirib çıxaran bir uşaq istismarı tipidir. Yalnız beş saniyə sirkələməklə belə meydana gələ bilər.
Sarsılmış körpə sindromu necə yaranır?
Körpələrin beyini yumşaq və boyun əzələləri zəifdir. Bundan əlavə qan damarları incədir. Bir körpə və ya kiçik uşağı sirkələmək beynin təkrar təkrar kəllənin daxili qisiminə vurmasına səbəb ola bilər. Bu zərbələr beyində zədələnmə, beyində qanamaya və beyin şişməsinə səbəb ola bilər. Başqa xəsarətlər arasında körpənin gözləri, onurğası və boynunda zədələr və ayrıca sümük qırıqları vardır.
Sarsılmış körpə sindromu kimlərdə görülür?
Sarsılmış körpə sindromu 2 yaş altı uşaqlarda daha sıxdır, amma 5 yaşındakı uşaqlarda belə ola bilər. Yenidoğulmuşlar və körpələr bəzən yataqdan və ya nərdivandan düşürlər. Bunlar nadir hallarda sarsılmış körpə sindromuna gətirib çıxarır. Bu vəziyyət körpəni oyun üçün havaya atmaqla meydana gəlmir. Ciddi və bilərək bir istismar növüdür.
Sarsılmış körpə sindromunun əlamətləri nələrdir?
Sarsılmış körpə sindromuyla birlikdə daim fiziki istismar əlamətləri görülmür. Ancaq bir həkimin edəcəyi göz müayinəsi və ya çəkiləcək rentgeni zədə əlamətlərini göstərə bilər. Bir həkim körpənin gözlərinin dibində qanama və ya qabırğa qırıqları təyin edə bilər.
Sarsılmış körpə sindromu zamanı uşaqda aşağıdakı əlamətlər ola bilər:
-oyaq qalmaqda çətinlik
-bədəndə titrəmələr
-tənəffüs çətinlikləri
-pis qidalanma vərdişləri
-qusma
-dəri rəngi pozulması
-qıc olmalar
-koma
-iflic
-görmə itkisi
Sarsılmış körpə sindromunun diaqnozu necə qoyulur?
Sarsılmış körpə sindromuna diaqnoz qoymaq üçün bir həkim uşaqda üç vəziyyəti axtaracaqdır. Bunlar aşağıdakılardır:
-beyində şişmə (ensefalopatiya)
-beyində qanama (subdural qanama)
-göz dibində- retinada qanama (retinal qanama)
Diaqnoz qoymaq və beyin zədələrinin əlamətlərinə nəzarət etmək üçün bir həkim müxtəlif analizlər edir. Bu testlər bunlar ola bilər:
-kompüter tomoqrafiya (KT)
-maqnit rezonans tomoqrafiya (MRT)
-Rentgen müayinəsi.
-Göz müayinəsi (qanama və göz yaralanmaları axtarılır)
Başqa bəzi tibbi vəziyyətlər sarsılmış körpə sindromunun əlamətlərini təqlid edə bilər. Bunlar arasında bəzi genetik pozğunluqlar (körpənin sümüklərinin asan qırılmasına gətirib çıxaran osteogenesis imperfekta kimi) və qanama pozğunluqları vardır. Sarsılmış körpə sindromunu doğrulamadan əvvəl bir həkim digər səbəbləri istisna etmək üçün bir qan testi edəcəkdir.
Sarsılmış körpə sindromunun müalicəsi necə aparılır?
Sarsılmış körpə sindromundan şübhələnirsinizsə dərhal təcili yardıma zəng edin. Bəzi körpələr və uşaqlarda sarsıldıqdan sonra tənəffüs durur.Bu zaman ilk yardım etməyə çalışın.
Bu zaman körpəni diqqətlə arxa üstə yatırdın. Bir onurğa yaralanmasından şübhələnirsinizsə, ən yaxşısı körpənin baş və boyunun bükülməməsini təmin edin.
Mövqenizi seçin. Iki barmağınızı körpənin sinə sümüyünün ortasına qoyun və digər əlinizi başı geriyə doğru tutmaq üçün körpənin alnına qoyun. Bir onurğa yaralanması şübhəsi varsa başı geriyə itələmək yerinə çənəni irəli çəkin və ağzın bağlanmasına icazə verməyin.
Sinə kompresyonları edin. Sinə sümüyünü aşağıya, sinənin təxminən yarısına qədər basın.
Qurtarma nəfəsləri verin. Kompresyonlardan sonra tənəffüsü nəzarət edin.
Sarsıntıdan sonra qusma da baş verə bilər. Boğulmanın qarşısını almaq üçün körpəni yavaşca bir tərəfinə doğru çevirin. Bütün bədəni eyni anda çevirin. Onurğa yaralanması varsa bu çevirmə üsulu onurğanın daha çox zədə görməsi riskini azaldır. Körpəni qucağınıza almamağınız və su və ya yemək verməməyiniz əhəmiyyətlidir.
Sarsılmış körpə sindromunu müalicə etmək üçün dərman yoxdur. Şiddətli hallarda, beyində qanamağı müalicə etmə üçün cərrahi əməliyyat lazım gələ bilər. Bu vəziyyətdə çox qan və mayeni boşaltmaq və təzyiqi azaltmaq üçün bir santi (incə bir boru) yerləşdirilməsi lazım gələ bilər.
Sarsılmış körpə sindromundan sonra hansı problemlər yarana bilər?
Bir neçə saniyə içində sarsılmış körpə sindromu səbəbiylə geri dönməz beyin zədəsi meydana gələ bilər. Bir körpəni sirkələməklə əlaqədar fəsadlar arasında bunlar vardır:
-qalıcı görmə itkisi (qismən və ya ümumi)
-eşitmə itkisi
-qic olmalar
-Serebral iflic
-zehini inkişafda gecikmələri
Sarsılmış körpə sindromunun qarşısını necə ala bilərik?
Sarsılmış körpə sindromunun qarşısı alına bilər. Körpəyə zərər verməkdən uşağı heç vaxt sirkələməyin.Əgər hirslisənsə və ya başqa bir adamla dalaşmısınızsa, körpəni tutmayın; hirsli bir vəziyyət zamanı körpəni səhvən düşürə bilərsiniz. Əgər nəzarəti itirdiyinizi düşünürsəniz körpəni beşiyinə qoyun və dəstək üçün bir ailə üzvünə zəng vurun.
Əgər körpənizlə ailə üzvləri və ya başqa körpə baxıcıları qalırsa bu şəxslərin sarsılmış körpə sindromu təhlükələrindən xəbərdar olduqlarından əmin olun.