Kraniostenoz
Kraniostenoz başdakı tikişlərin tez bağlanmasından ortaya çıxır. Normalda bu tikişlər 4 yaşına kimi bağlanmır.Karaniostenoz zamanı kəllə oynaqları tez bağlanır və beynin inkişafında pozğunluq yaradır. Bu başın görünüş pozğunluqlarına və kəllədaxili təzyiqin artmasına səbəb olur. Bu vəziyyət adətən uşaqlıqda ortaya çıxar.
Altı aylıq olanda körpələrin beyni yetkinlərin beyninin 50 %-i qədər olur. Bir körpənin beyin ölçüsü bir yaşında 3 dəfə artır, iki yaşında 4 dəfə artır və üç yaşında da bir yetkin beyninin təxminən 85 %-i qədər olur. Kəllənin böyüməsi böyüyən beyin ölçüsünə cavab verir.
Kraniostenozun yaranma səbəbləri.
-Hamiləliyin ilk vaxtlarında uşağın kəllə sümüklərinin inkişafı pozulur.
-İrsi səbəblər :uşaqlarda genetik pozğunluq.
-Ana bətnində olan patalogiyalar:anada infeksion xəstəliklər, - məxmərək.
Kraniostenozun formaları.
Hansı kəllə tikişinin bağlanmasından asılı olaraq kraniostenozun müxtəlif formaları ayırd edilir.
-Skafosefaliya. Kəllə daralır və uzanır.Sagital tikişin bitişməsindən inkişaf edir.(başı sağ və sol tərəflərə ayıran tikiş)
-Braxiosefaliya.Baş yanlara doğru genişlənir.Başın hündürlüyü azalır.
-Triqonosefaliya.Alın önə doğru çıxır.
-Pansinostaz.(mikrosefaliya)Baş eyni ölçülü hər tərəfdən kiçilir. Bu bütün tikişlərin tez bağlanmasından yaranır.
Kraniostenozun əlamətləri.
-Baş qeyri-düzgün formada olur.(Qaşların batması,alının qabağa gəlməsi)Bəzən üz formasında pozğunluqlarla müşahidə edilir(kiçik alt çənə, böyük gözlər)
-Baş ağrıları-bəzən rahatlıq gətirməyən ürəkbulanma qusma ilə müşahidə edilir.
-Epileptik tutmaları-Əl və ayaq əzələlərinin qicolması,bəzən ürək getmə
-Yuxunun pozulması_yuxuya getmədə çətinlik,gece oyanmalar və yuxusuzluq.
-Yaddaşın azalması
-Narahatlıq,hər şeydən qıcıqlanma,yuxululuq.
-Ekzoftalmiya
-Dargözlük.
-Əqli inkişafın geri qalması.
Tez tikiş bağlanması körpə beyninin böyüməsi üçün kafi sahənin azalmasına səbəb olur. Ruhi pozğunluqlar adətən pilləli olaraq görülür və buna görə də müəyyən edilməsi çox çətin olur. Bunlara əlavə olaraq geri dönülməsi mümkün olmur. Ruhi pozğunluğun ölçüsünü artıran birdən çox tikişin bağlanması da ola bilər.
Kraniostenozun diaqnoz
Kraniostenozun diaqnozunda ilk addımı onun hiss edilməsidir. Adətən bir şeylərin yolunda getmədiyini hiss edən ailə fərdlər olur. Körpələri normaldan daha çox xüsusiyyət olur və ya yuxu problemləri yaşayırlar. Bunlara əlavə olaraq üzlərində bəzi asimmetriya, xüsusilə də göz və kəlləsində '' qəribə bir görünüş '' müşahidə. Bu anormallıqlar dərhal bir Pediatriya mütəxəssisinin görülməsini zəruri edir.
Bir uşağın Kraniostenoz üçün müayinə edilməsiylə, həkim tikişlərdə bir hərəkətlənmə müşahidə edilir. Bu bağlanan tikiş sahəsində hiss edilən bir çıxıntıyla müşahidə edilir. Həkim bəzi üz xüsusiyyətlərində anormallıq / asimmetriya müşahidə edə bilər. Bütün bu xüsusiyyətlər həkimin dərhal bir rentgen çəkdirməsini və başa aid digər radioloji araşdırmaları etməsini tələb edir.
Kəllənin rentgeni
KT
MRT.
Bu müayinələrdən sonra xəstəliyin uşağın beynində nə dərəcədə zədələnmələr törətdiyini anlamaq üçün əlavə müayinələr aparılır.
Karaniostenozun müalicəsi
Karaniostenozun müalicəsi ana bətinində mümkün olmadığı üçün doğunmdan sonra aparılır.Əsas Xəstəliyin səbəbi araşdırılıb ona uyğun müalicə tətbiq olunur.
Səbəb məlum olduqdan sonra müalicənin əsasları bunlardır.
Kəllə sümükləri bağlanıbsa cərrahi əməliyyat tətbiq olunub sümüklərin arası açılır.
Cərrahi əməliyyatın tətbiq olunması üçün uşağın yaşı 3 aydan çox 1 yaşdan az olmalıdır.Cərrahi əməliyyat həkim və ailənin istəyi nəzərə aıinaraq ya açıq yada qapalı (endoskopik) üsulla aparılır.Əməliyyatdan sonra uşaqlar bir gün xəstəxanada yatırılır,həyati funksiyalara nəzarət edilir.Əməliyyatdan sonra hər hansı bir anormallıq yoxdursa xəstə evə buraxılır.
Uşağın beyin inkişafı davam edənə qədər uzun müddətli xəstə nəzarətdə saxlanılır.