Boyun nahiyyəsinin fəqərəarası disk yırtığı
Boyun yırtığı NƏDİR?
Boyun yırtığı boyun fəqərələrinin arasındakı qığırdağın onurğa beyni kanalına doğru yer dəyişdirməsi, çıxması nəticəsində, qola gələn sinirlərə və onurğaya təzyiq etməsi ilə yaranan xəstəliyə deyilir.
Boyun yırtığı beyin və sinir cərrahiyyəsi təcrübəsində tez qarşılaşılan problemlərdən biridir. Bilindiyi üzrə boyunda 7 ədəd fəqərə və bunların arasında da disk deyilən strukturlar və hər iki fəqərəni bir-birinə bağlayan 2 ədəd kiçik oynaq var. Fəqərələr arasında olan disk quruluşu anulus fibrosus adıyla xatırlanan xarici lay və nucleus pulposus deyilən daxili laydan meydana gəlir və vəzifəsi fəqərələr üzərinə düşən yükü bərabər olaraq paylamaq, sadə bir bənzətmə amortizator vəzifəsi etməkdir. Disk və oynaqların bir digər vəzifəsi də boynun hərəkətliliyini təmin etməkdir. Bu sayədə boynumuzu hər istiqamətə hərəkət etdirmə imkanı vardır.
Boyun yırtığının SƏBƏBLƏRİ.
Boyun yırtığının başlıca səbəbləri;
boyun bölgəsini təsir edən zədələr (yol qəzası, başın çox sürətli bir şəkildə irəli və ya geri hərəkət, düşmə ... və s) və boyunu düzgün vəziyyətdə uzun müddət saxlamaqdır.
Bəzi işlərin də boyun yırtığı riskini artırdığı bilinməkdədir. Məsələn davamlı drellə işləyirsinizsə ya da motosikletdən istifadə boyun bölgəsi həddindən artıq və nizamlı titrəşmələrdən təsirlənə bilər. Ayrıca irəliləyən yaşlarda disklərdəki mayenin bir miqdar azalması nəticəsində boyun yırtığı yarana bilər.
Boyun yırtığı NECƏ YARANIR?
Yaşla artan degenerativ dəyişiklik xalq arasında duzlaşma deyilən vəziyyət xəstədə boyun ağrılarının daha artmasına səbəb olur. Yaşlılıqla birlikdə fəqərələrin arasında olan disk deyilən quruluşun daxili hissəsində su miqdarı azala bilər, bu vəziyyət diskin vəzifəsini yerinə yetirməsinə mane olur. Sonrasında diskin xarici təbəqəsində də pozulmalar başlayıb, cırılmalar görülə bilər. Bu cırılmalar daha da irəliləsə, diskin daxili quruluşu yırtıqdan çölə çıxaraq, onurğa beyni və qollara gedən sinirlərə təzyiq edəcək vəziyyətə gəlir. Bu vəziyyətə tibbdə servikal disk hernisi(servikal disk yırtığı), xalq arasında da boyun yırtığı deyilir.
Boyun yırtığının ƏLAMƏTLƏRİ
-Ənsədə ağrı, əzələ spazmı, boyun hərəkətlərində azalması.
-Ənsədən qol və ya qollara, bəzən sinəyə və kürəyə yayılan ağrı.
-Qollar və / və ya əllərdə keyimə hissi.
-Baş gicəllənməsi, qulaq zingildəməsi, gözlərdə qarışqa gəzintisi hissi, bulanma, konsentrasiya pozğunluğu kimi simptomlar
-Qol və / və ya əllərdə əzələ gücü azalması (əlindən tez-tez bir şeyləri düşməsi, qavrama çətinliyi)
Ağrı xüsusilə gecə yuxuda həddindən artıq dərəcədə artır.
Boyun yırtığının DİAQNOZU.
Diaqnoz qoymada ilk pillə xəstənin şikayətlərini və əhvalatını dinləmək və boyun yırtığının qarışabiləcəyi digər xəstəlik qruplarını da nəzərə alaraq müayinə etməkdir. Bundan sonrakı mərhələ KT və MRT müayinələridir.
Birdən çox boyun yırtığı olduğunda və ya xəstədə qollara gedən sinirlərin sıxışması olduqda isə elektrofizyoloji bir tədqiq olan EMG (elektromiyomgrafiya) xalq arasındakı adıyla sinir ölçü testi də edilə bilər.
Boyun yırtığının MÜALİCƏSİ
Boyun yırtığı müalicəsində ilk olaraq müraciət edilən üsul boyun əzələlərini gücləndirərək onurğaya düşən yükü yüngülləşdirməyə istiqamətli məşqlərdir. Bu məşqlər sayəsində yırtığın irəliləməsi dayandırıla bilər. Yırtıq səbəbiylə yaşanan kəskin ağrıları yüngülləşdirmək üçün həkiminiz ağrı kəsici dərman təklif edə bilər. Dərmanla birlikdə boyun əzələlərini rahatlaşdıran əzələ boşaldıcı mazlar istifadə edilə bilər. Əgər ağrılar dərman müalicəsi ilə azalmırsa və boyun hərəkətləri məhdudiyyətlərə davam edirsə fiziki müalicə variantı qiymətləndirilə bilər. Fiziki müalicə ilə ağrıların görüldüyü bölgələr gücləndirilir və yırtığın sinirlərə etdiyi təzyiqin azaldılması hədəflənir.
Yuxarıdakı müalicə üsullarıyla, əlamətləri nəzarət altına alına bilməyən boyun yırtığı üçün əməliyyat variantı fikirləşilə bilər. Mütəxəssislər boyun yırtığı əməliyyatını ən son müraciət ediləcək variant olaraq görür və mümkün qədər cərrahi müdaxilə xaricindəki üsullardan nəticə alma yoluna gedir
Mikrodiskektomiya ilə Cərrahiyyə əməliyyatı zamanı boyunun ön nahiyyəsində kəsik aparılır, fəqərələrin ön hissəsi əldə edildikdən sonra disk materialı çıxarıldıqdan sonra yerinə sümük parçasi yerləşdirilərək titan lövhə ilə fiksasiya edilir. Əməliyyatdan sonra bir neçə gün boyun korseti gəzdirilməsi məsləhət görülür.
NƏLƏRƏ DİQQƏT edilməli?
Boyun yırtığı əlamətləri və yırtığın irəliləyişi həyat tərzinin təşkili və boyun bölgəsini gücləndirən məşqlə əhəmiyyətli ölçüdə nəzarət altına alına bilər.
-Kompüter başında oturarkən duruşunuzu nəzarət edin.
-Yeriyərkən dik yeriyin, başınızı önə əymərik və boynunuza yük düşürməyin.
-Boyun bölgəsini məcbur edən və başın davamlı hərəkət halında olduğu idmanlardan uzaq durun.
-Nizamlı məşq edin. Mütəxəssislər üzmə, yerəmək kimi məşqləri təklif edir.
-Boyun əzələlərini gücləndirmək üçün məşq edin.