Karpal Tunel Sindromu nədir?
Karpal Tunel Sindromu -ovuc içərisində
və biləkdəki sinir sıxışmasıdır.
Karpal
Tunel Sindromunun rastgəlmə tezliyi.
Ən sıx
rast gəlinən periferik sinir nevropatiyasıdır. Cəmiyyətdəki sıxlığı 1%-dir.
Qadınlarda rast gəlmə tezliyi daha sıxdır. Xəstələrin çoxunda tapıntılar və
şikayətlərin başlanğıcı 40-60 yaş arasıdır.
Karpal
Tunel Sindromu necə yaranır?
Qoldan gələn bir sinir və əzələ bağları bilək bölgəsində dar bir kanal, ya da tuneldən keçərək ələ çatır. Bu dar kanala Karpal Tunel adı verirlər, karpal tunelin içindən keçən sinir isə Median Sinirdir. (şəkil 1)
Karpal
tunel yalnız median sinir və əzələ bağlarının keçə biləcəyi qədər bir genişliyə
malikdir. Kanal içində hər hansı bir qalınlaşma, ya da şişlik yaranarsa bu
kanaldakı toxumaların sıxılmasına səbəb olar. Median sinirdəki bu sıxılma
sinirin innervasiya etdiyi bölgələrdə daha çox gecələr olmaqla yandırıcı ağrı və keyləşmə şikayətləri ilə özünü biruzə verir.
Median sinirin karpal tuneldə sıxışması ilə ortaya çıxan bu mənzərə Karpal Tunel Sindromu olaraq
adlandırılır.
Karpal
Tunel Sindromunun səbəbləri.
Sindromunu
meydana gətirə bilən səbəblər.
•
Vibrasiya edən cihazların istifadəsi.
•
Strukturca-anatomik Karpal Tunelin darlığı.
•
Bilək zədəsi.
•
Yanıqlar.
•
Sümük qırıqları.
•
Qəzalar nəticəsində əzilmə.
•
Artritlər.
•
Diabet.
•
Karpal Tunel içindəki şişlər ya da kistlər və s.
Karpal
Tunel Sindromunun əlamətləri hansılardır?
Təməl
simptomlar əlin ilk üç barmağına lokallaşdırılmış olan ağrı, yanma,qarışqa
gəzmə hissi-keylik və əzələ atrofiyasıdır. Adətən baş, işarə və orta barmaqda
uyuşma və ağrı şikayəti var. Əlin yorulması simptomları artırır. Bunlara divar
hörmə, kompüter istifadə etmə, yazı yazma, qab-qacaq yumaq, bağçada iş kimi və
s.aiddir.(şəkil2,3) .
Əllərdə
keyimə və ağrılara etinasız yanaşma, əllərdə xüsusilə gecələr artan ağrı,
keyimə, güc itkisi və elektriklənmə müşahidə edilən simptomlardandır.
Diaqnostikası
Diaqnoz
anamnestik məlumat və EMG ilə qoyulur.
Cərrahiyyə
xaricində tətbiq olunan müalicələrdən xəstələr adətən müvəqqəti fayda görürlər.
Əməliyyatsız
müalicəyə göstərişlər;
1)
simptom müddətinin qısa olması,
2)
orta və ya aralıq simptomlar,
3) simptomların
keçməsinin gözlənildiyi vəziyyətlər
Konservativ
müalicə; ağrı kəsici dərmanlar.lokal blokadalar,steroid inyeksiyası
Cərrahi
müalicəyə göstərişlər;
1) konservativ
müalicənin effektsizliyi
2)
testlərlə təsdiqlənən tipik klinik tapıntı,
3) hissi
pozğunluq, atrofiya və ya qüvvətsizlik.
Müxtəlif cərrahi texnikalar mövcuddur. Ovuc içindən kiçik kəsik ilə edilən texnikada sinir birbaşa görülür və üzərindəki ligament kəsilərək sinirin sərbəstləşməsi təmin edilir.(şəkil 4)
Bir digər texnika da endoskop istifadə etməklə ligamentin kəsilməsi üsuludur.(şəkil5)