Arteriovenoz malformasiya (AVM) nədir?
Arteriovenoz malformasiya (AVM), beyin damarlarının doğuşdan anormal inkişafı nəticəsində ortaya çıxan damar yumağıdır.
Bir AVM, bu komponentlərdən ibarətdir:
Qidalandırıcı damar: AVM içinə qan aparan beyin arteriyası.
Nidus: Damar yumağının özü.
Aparıcı damar: Yumak içindəki qanın boşalmasını təmin edən venoz damar
.
Arteriovenoz malformasiya (AVM) necə yaranır?
Bir beyin AVM'si çox sayda və anormal quruluşdakı damarın bir yumaq şəklində bir araya toplanması nəticəsində meydana gəlir. Bu yumağa, yəni nodus'a, qan daşıyan bir və ya birdən çox qidalandırıcı arteriya ola bilər. Qidalandırıcı damarlar və yumaq (nodus) içindəki qan normal bir beyin arteriya damarından daha çox miqdardadır və qan axını daha çəx sürətlidir. Beyin toxumasını qidalandıran kapilyar damarlar içinə getməsi lazım olan qan, damar yumağından sürətli şəkildə birbaşa venoz damarların içinə keçid edir. Bu şəkildə AVM ətrafındakı beyin toxumasını qidalandırmaq üçün gələn qanı "oğurlayaraq", beynin bu bölgəsinin kafi səviyyədə qidalanmamasına səbəb olur. Bundan əlavə AVM içindəki yüksək təzyiqli qan axını struktur olaraq onsuz da anormal olan damar divarlarında incəlməyə və zəifləməyə səbəb olur. Damar yumağı (AVM), içindən sürətlə keçən qan axınının yaratdığı yüksək təzyiqə dözə bilməyib, ən zəif olduğu nöqtədən partlamayır. AVM-nin partlaması, həyati risk meydana gətirən beyin qanamalarına səbəb olur.
Damar yumaqlarının (AVM) yaranma səbəbi nədir?
AVM anadangəlmə mövcud olan bir xəstəlikdir. AVM'lərin beyin damarlarının bir qisminin ana bətinində səhv inkişafı nəticəsində meydana gəldiyi düşünülür. Ancaq dəqiq səbəbi və meydana gəlmə mexanizmi məlum deyil.
Arteriovenoz malformasiya (AVM) rast gəlmə tezliyi nədir?
Beyin damar yumakları 5000 adamda bir görülən (1/5000) nadir bir xəstəlikdir. AVM ailəvi bir xəstəlik deyil (ailəvi tipləri çox nadir görülər). Yəni, beyin AVM xəstəsinin uşaqlarında bu xəstəliyin görülmə riski digər insanlardan daha yüksək deyil.
Arteriovenoz malformasiyaların (AVM) əlamətləri hansılardır?
Beyin damar yumaqları, xəstələrin 20-25 %-də heç bir şikayət meydana gətirmir. Bu insanların həyatları boyunca AVM xəstəsi olduqlarını bilmirlər və ya başqa bir səbəblə edilən beyin MRT və ya tomoqrafiya tədqiqi nəticəsində təsadüfən diaqnoz edilir. Geri qalan 75 %-də şikayətlərin inkişafına səbəb olan iki təməl mexanizm vardır:
Damar yumağı beynin qanaması və qidalanmasını pozması nəticəsində əlamətlər verir.
Arteriovenoz malformasiyaların (AVM) partlaması nəticəsində hansı əlamətlər yaranır?
AVM səbəbiylə beyin qanaması keçirən bir xəstədə bu şikayətlər və əlamətlər ani olaraq ortaya çıxar:
-Ani başlayan şiddətli başağrısı
-Ürək bulanma - qusma
-Qol və / və ya ayaqlarda qüvvət itkisi (iflic)
-Danışa bilməmək (afaziya) və ya danışma çətinliyi
-Ətrafla ünsiyyət qura bilməmək
-Şüur itkisi
Arteriovenoz malformasiyalar (AVM) səbəbiylə qidalanma pozğunluğu olduqda hansı əlamətlər yaranır?
AVM, beyin üçün lazımlı oksigen və digər qida maddələri daşıyan qanın əhəmiyyətli bir qisimini içinə çəkərək, beynin qidalanmasını poza bilər. Xəstələrin 35-50 %-ində beynin kafi qidalanmamasından qaynaqlanan bu şikayətlər görülür:
-Epilepsiya (qic olma ) tutmaları.
-Başağrısı
-Qol və / və ya ayaqlarda uyuşma.
-Qol və / və ya ayaqlarda qüvvət itkisi.
-Danışma pozğunluqları.
-Görmə pozğunluqları.
Arteriovenoz malformasiya (AVM) xəstələrində beyin qanaması riski nədir?
Beyin qanaması, beyin damar yumaqlarının ən çox qorxulan ağırlaşmalarıdır. Ümumi olaraq AVM-lərin qanama riski illik 2-3 %-dir
Arteriovenoz malformasiyaların (AVM)diaqnozu necə qoyulur?
Diaqnoz beyin MRT və ya tomoqrafiya tədqiqi nəticəsində qoyulur.
Arteriovenoz malformasiya (AVM) müalicəsi necə aparılır?
Beynində AVM təsbit edilən bir xəstənin müalicə planlaması tamamilə o adama xüsusi faktorlar (xəstənin yaşı, qanama əhvalatı, AVM-lərin meydana gətirdiyi şikayətlər, AVM-lərin böyüklüyü, AVM-lərin yeri, AVM-lərin angioqrafik tapıntıları) göz önünə alınaraq hazırlanır.
Müasir dövrdə beyin AVM'si olan xəstələr, endovaskulyar müalicə (bağlı cərrahiyyə), açıq cərrahiyyə və radio-cərrahiyyə (Gamma knife) və ya bunların kombinasiyası ilə müalicə edilir. Xəstələrin böyük qisimində bu müalicə üsullarından ikisinin kombinasiyası (endovaskulyar sonrası açıq cərrahiyyə və ya radio-cərrahiyyə) tələb edilir.