Baş beyin şişləri

Beyin şişləri haqqında məlumat

Beyin şişləri kəllə içində böyüyərək beynə təzyiq edən törəmələrdir.Kəllə içərisindəki müxtəlif toxumalardan inkişaf edə bilir

                   .

Beyin şişləri kimlərdə daha çox rast gəlir?

Əsasən kişilərdə və qadınlarda bərabər nisbətlərdə görülür.Beyin şışləri nə qədər qadın və kişilərdə bərabər dərəcədə görülsə də kişilərdə qadınlara nəzərən bir dərəcə daha çox görülür. Ağ irqli insanlarda daha çox görülür.Beyin şişlərinin daha çox görülmə yaş aralığı 9 yaş altı uşaq ilə 70 yaş üzəri adamlardır. Genetik faktorlara bağlı olaraq ailəsində beyin şişi olan insanlar üçün risk daha çoxdur. İş zamanı radiasiya və kimyəvi maddələrə məruz qalan insanlarda, nüvə sənaye işçilərində beyin şişi riski daha yüksəkdir.

Beyin şişləri zaman əlamətlər hansılardır?

Mövcud olan beyin şişi böyüməyə davam edib, genişləməyə başlayır və beynə təzyiq edir. Beyin şişləri xəstədə baş ağrısı, epilepsiyanı xatırladan ürəkgetmə şikayətləri, yaşanan qismən iflic, şiddətli dərəcədə ürək bulanması ilə ortaya çıxan qusma, şəxsiyyət pozuqluqları, yazı yazma problemləri, danışma problemləri, zaman zaman unutqanlıq, danışarkən nə deyəcəyini unutmaq, diqqətsizlik, halsızlıq, tarazlıq itkisi, əzələ səviyyəsi, qol və ayaqlarda diqqət çəkici qarışqa gəzmə kimi şikayətlərə səbəb olur.Beyin şişləri birincili və ikincili olur.

Beyin şişinin inkişaf prosesi

Beyin şişləri bədənin hər hansı bir orqanından başlayaraq beynə çatanlar və ilk meydana gəlmə yeri beyin olan şişlər olaraq iki şəkildə meydana gəlir. Zaman içərsində mövcud olan, müəyyən bir müddət sonra yox ola bilən və təkrar törəyə bilən beyin şişləri bu səbəbdən asan təsbit edilməyə bilər. Beyin şişi varlığından şübhə edildiyində beyin tomoqrafiyası və MRT müyinələri aparılır.

Kəllənin içində olan beyin şişləri, böyüdükcə beynə təzyiq etməyə başlayır. Kəllənin içindəki şiş beynin hansı sahəsində böyüməyə başlamışsa o sahəyə görə fərqli əlamətlər göstərməyə başlayır..

Beyin şişlərinin diaqnostikası.

Beyin şişi diaqnostikasında fiziki müayinə, nevroloji müayinə, KT müayinə, MRT , kəllə rentgeni, angioqram, onurğa beyin mayesi analizi tətbiq olunur

.

İki növ beyin şişi vardır:Bəd xassəli və xoş xassəli.

Xoş xassəli şişlər:

Xoş xassəli beyin şişləri ləng böyüyürlər və beyin toxumasından rahatlıqla ayrılırlar. Əməliyyat əsnasında şişin hamısı və ya hamısına yaxını alınır. Bu səbəblə beyin əməliyyatı sonrasında müvəffəqiyyətli nəticələr alınır. Əgər şişin hamısı alına bilməzsə qalan şiş üçün əməliyyat sonrası regional şüa müalicəsi edilə bilər. Əgər şiş istər xoş xassəli olsun istər bəd xassəli olsun, çox həssas bir nöqtədə tapılırsa və bu zaman əməliyyat riskli olur.Belə xəstələrə şüa müalicəsi və dərman müalicəsi tətbiq edilir.Xoş xassəli beyin şişləri, xərçəng hüceyrələri ehtiva etməzlər və əməliyyat sonrası təkrar böyümə riski yox deyiləcək qədər azdır. Xoş xassəli şişlər ətrafındakı toxumalara yayılmır, ancaq bəzi həssas yerlərə təzyiq edə bilər.Müalicəsi zamanı proqnoz daha yaxşıdır.Şiş toxuması çox vaxt tamamilə çıxardılır.Bəzən yerindən asılı olaraq tam xaric etmək mümkün olmadığı zaman Şüa və kimya terapiya tətbiq olunur.

Bəd xassəli şişlər:

Bəd xassəli beyin şişləri daha təhlükəli şışlərdir, çünki xərçəng hüceyrələrində ibarətdir və həyati təhlükəsi yaradır. Ətraf toxumalara yayılma riski vardır.Bəd xassəli beyin şişlərinin böyümə sürəti olduqca yüksəkdir. Sürətlə böyüyən bəd xassəli beyin şişləri kütlə görümündən çox yayılmış görünüşdə olduğu üçün tam çıxarılması da olduqca çətin olur. Bəd xassəli beyin şişləri əməliyyatla təmizlənməsi vəziyyətində irəliləyən zamanlarda təkrar əmələ gələ bilir.Bəd xassəli beyin şişlərinin müalicəsində proqnoz ürək açıcı deyil.Şişi tamamilə xaric etmək mümkün olmur.Şüa və kimya terapiya tətbiq olunur.Bəzən şiş həyati vacib nahiyyədə yerləşir. Bu zaman cərrahi əməliyyat tətbiq edilmir və kimya terapiya və şüa müalicəsi tətbiq olunur.

 

 

 

back to top button