Sual Cavab

salam həkİm mənİm belİmdə omba hİssədə şİddətlİ ağrılar olur əyİlİrəm qalxıb dİkələndə ağrıyır buna görə mrt yə getdİm və məndə aşağıdakı dİaqnoz çıxdı mən nə etmlİyəm? L5-S1 fəqərəarası dİskİn İntensİvlİyİ degeneratİv dəyİşİklİklər nətİcəsİndə T2 re

Salam

Onurğaya düşən yükün artmasi zamanı daha çox onurğanın hərəkətli hissəsinin sonu olan L5-S1 fəqərə arası diskdə degenerativ dəyişiklik baş verir.Bu fəqərəarası diskdə pulpoz nüvənin suyunun azalmasına və bu isə öz növbəsində diskdə elastikliyin və diskin hündürlüyünün azalmasına gətirib çixarir.Beləliklə bel ağrıların yaranması üçün şərait yaranır.Bu yüklənmə artarsa fəqərə arası disk yırtığına ( qrıjaya ) gətirib çıxara bilir.Onurğanın həmin nahiyyəsində stabilliyin pozulması yəni spondilolistezin yaranması bel ağrılarlını bir qədərdə artırır.Əgər spondilolistez irəli dərəcədə deyilsə onda dərman müalicəsi və fizioterapiya məsləhət görülür. Sizdə Bel ağrıların azalması üçün bədən kütləsini azaltmaq,daha aktiv həyat tərzi seçmək,bel əzələlərini gücləndirmək lazımdır.


Növbəti Əvvəlki
dr. warren

Mən, ehtiyacı olan hər kəsə, mütəxəssisin cavablandıra biləcəyi sorğu və suallarlar üçün sizə kömək etməyə hazıram.

back to top button