Xəstə yüksək arterial təzyiq fonunda beyindaxili qansızma- hemorragik insult keçirib, ağır vəziyyətdə başqa xəstəxanada nevrologiya şöbəsinə yerləşdirilib. Baş beyinin KT müayinəsində sağ təpə gicgah nahiyyəsində beyin daxili hematoma aşkarlanıb.
Tərəfimizdən aparılmış konsultasiyadan sonra təcili olaraq Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb ve təxirəsalınmaz cərrahi əməliyyat-“ Sağ təpə gicgah nahiyyəsində kranioektomiya, beyindaxili hematomanın xaric edilməsi” icra olunub.Əməliyyatdan sonra nisbi kafi vəziyyətdə evə yazılıb. 7 aydan sonra xəstəyə öz sümüyü (autoplastikatla) ilə sümük defektinin plastikası əməliyyatı icra olundu.