Eurospine 2024 konqresi 2-4 oktyabr 2024-cü il tarixlərində Avropanın mərkəzində, Vyanada keçirildi və onurğa sağlamlığı sahəsində mühüm bir tədbir olaraq planlaşdırılmışdı. Bu konqres, onurğa cərrahiyyəsi üzrə mütəxəssisləri bir araya gətirərək, bu sahədəki ən son inkişafların və araşdırmaların paylaşılması üçün platforma təmin etdi. Tədbir çərçivəsində müxtəlif təhsil sessiyaları, canlı müzakirələr və açılış çıxışları keçirilib, bu da dünya miqyasında onurğa mütəxəssislərinin bacarıqlarını artırmağa kömək edir.
Vyanada keçirilən Eurospine2024 konqresi yenilikləri və maraqlı elmi müzakirələri ilə yadda qaldı. Beyin və onurğa cərrahiyyəsi sahəsindəki ən son elmi tədqiqatların və texnologiyaların müzakirə edildiyi bu mötəbər tədbirdə Azərbaycan Respublikasından baş və onurğa beyin cərrah neyrocərrah Bəhruz Eyvazov və Ortopedi, Travmatoloji və Onurğa Uzmanı Kamil Eyvazov da iştirak edərək, öz dəyərli fikirlərini sosial şəbəkə platformalarında bölüşüblər.
Konqres çərçivəsində onurğa xəstəliklərinin müalicəsində qabaqcıl cərrahi metodlar, minimal invaziv prosedurlar və postoperativ bərpa prosesləri geniş şəkildə müzakirə olundu. Bəhruz Eyvazov öz çıxışında, xüsusilə beyin və onurğa xəstəliklərinin müalicəsində istifadə olunan innovativ yanaşmalar və cərrahi müdaxilələrin xəstələrə təsiri haqqında geniş məlumat verib. Kamil Eyvazov isə onurğa problemlərinin erkən diaqnostikasının və müalicəsinin vacibliyini vurğulayıb. O, həmçinin, xəstə sağalmasında multidisiplinar yanaşmanın əhəmiyyətindən bəhs edərək, yeni elmi nailiyyətlərə dair təqdimatlar etdi.
Eurospine 2024 konqresi beynəlxalq elmi dairələrdən olan mütəxəssisləri bir araya gətirərək, beyin və onurğa cərrahiyyəsi sahəsindəki son yeniliklər haqqında məlumatları bölüşmək üçün ideal bir platforma oldu. Tədbirdə iştirakçılar, boyun onurğası problemləri, degenerativ xəstəliklər və spinal baxımda texnologiya ilə süni intellektin inteqrasiyası kimi müxtəlif mövzular ətrafında müzakirələr gözləyirlər. Konqres, Avropa Tibb Davamlılıq Tədris Şurası (EACCME) tərəfindən akreditasiyadan keçmişdir, bu da iştirakçılara dəyərli CME kreditləri qazandıracaqdır
Qeyd edək ki, bu toplantıların digər özəlliyi həkimlərə bu sahədə dünya səviyyəli alimlərlə, müəllimlərlə və dostlarla təkrardan görüşmə imkanı verməsidir. Bütün sahələrdə olduğu kimi, onurğa cərrahiyyəsi sahəsi də inkişaf gedir və həkimlərin bu inkişafı izləməyi vacibdir.