Müvazinət pozğunluğu dedikdə bunun səbəbləri çox ola bilir. Bu beyin və qulaq mənşəli ola bilər. Bizim müvazinətimizi təmin edən müxtəlif sistemlər var. Bura beyindən, qulaqdan başqa dayaq əzələlərimiz, sümük skletimiz də müvazinətimizdə iştirak edə bilər. Hətta görməmiz belə bizim müvazinətimizi təmin edən orqandır. Bizə müraciət eləyən daha çox xəstələr beyin mənşəli xəstələr olur. Biz cərrahiyyə ilə məşğuluq bizə gəlməmişdən öncə xəstələr hansısa bir ixtisaslı həkimlər tərəfindən müayinə olunduqdan sonra bizə müraciət edirlər. Doktor bizdə başgicəllənmə var, gəzərkən daim bir tərəfə çəkmə müşahidə olunur. Bu xəstələrin müayinəsində bəzən baş beyin şişləri də aşkarlana bilir. Beynin arxa hissəsində beyinciklər dediyimiz nahiyələr var ki, bizim müvazinət orqanımızdır, kordinasiyamızı, müvazinətimizi idarə edir. Bundan başqa daxili qulaqda nahiyə var ki, burada problem olanda ciddi başgicələnmə yarada bilir. Bu ürəkbulanma ilə də müşahidə edilə bilir. Bizə aid olan potologiyanı təsdiq edirik, xəstə nevroloji qiymətləndirilir. Xəstədə müvazinət pozğunluğu ilə yanaşı başqa əlamətlər, tərəf zəifliyi, eşitmə zəifliyi, üzdə hər hanı bir keyilik, üz nayihəsində simmetriyanın olması, ətraflarda zəifliyin olmasını dəqiqləşdiririk. Əgər xəstədə baş ağrıları ilə yanaşı ürək bulanma, qusma, başgicəllənmə, qıcolmalar, əldə ayaqlarda zəiflik, keylik, görmənin, eşitmənin, iybilmənin pozulması və s. kimi əlamətlər varsa mütləq baş beyinin Tomografiyası (KT, MRT) olunmalıdır. Baş beyin şişhlərinin müalicəsi cərrahi, şüa və kimya terapiya vasitəsi ilədir.
Bundan sonra hər hansı potologiya aşkarlanmırsa LOR müayinəsinə göndəririk. Çünki ciddi baş gicəllənmə bununla da bağlı ola bilər. Klinik olaraq baş ağrıları, başgicəllənmə, başda səs-küy, yaddaşın pisləşməsi, iş qabiliyyətinin azalması ilə təzahür edir. Hər yaşda görülə bilsə də, ancaq 65 yaşdan yuxarı insanlarda daha çox müşahidə olunan haldır. Müayinə olunmadan müalicə yazmaq doğru fikir deyil.
Migren başın bir tərəfində döyüntü, vurma ağrıları ilə xarakterizə olunan xroniki xəstəlikdir. Migren baş ağrıları təkrarlanır. Migreni olan insanlar ağrı zamanı başgicəllənmə hiss edə bilərlər. Bəzi miqren xəstələri ağrıdan əvvəl nevroloji simptomlar yaşayırlar. İnsanın görmə, nitq və motor nəzarətində dəyişikliklər və ya problemləri ehtiva edir. Başgicəllənmə burada görülən əlamətlərdən biridir. Bu əlamətləri göstərməyə başlayan miqren xəstələri başa düşürlər ki, baş ağrısı tezliklə başlayacaq.
Qan təzyiqinin qəfil azalması başgicəllənməyə səbəb ola bilər. Birdən oturma və ya ayaqda durma kimi mövqe dəyişiklikləri də qan təzyiqinin ani düşməsinə səbəb ola bilər. Aşağı qan təzyiqinə səbəb ola biləcək digər şərtlər:
Ürək çatışmazlığı kimi ürək-damar sisteminə təsir edən xəstəliklər başgicəllənməyə səbəb ola bilər. İnfarkt və ya insult keçirən bəzi xəstələrdə hadisədən əvvəl və ya sonra başgicəllənmə kimi əlamətlər ola bilər. Ürək-damar xəstəliklərində başgicəllənmə ilə yanaşı;
Dəmir bədəndə oksigen daşımaqdan məsul olan hemoglobinin strukturuna daxildir. Dəmir çatışmazlığı halında kifayət qədər hemoglobin istehsal oluna bilmədiyi üçün anemiya meydana gəlir. Anemiyası olan insanlarda;
Dəmir çatışmazlığı olan, dəmirlə zəngin qidalar qəbul edən insanlar üçün müalicə olaraq dəmir əlavələri qəbul etmək tövsiyə oluna bilər. Ağır anemiyalı xəstələrin qanköçürmə ilə müalicə edilməsi lazım ola bilər.
Bu qan şəkərinin normadan aşağı düşməsidir. Yemək atlama, spirt istehlakı, insulin və ya aspirin kimi dərmanların istifadəsi, hormonal problemlər yaşanması kimi vəziyyətlər bu riski artırır. Simptomları birdən görünə bilər və aşağı qan şəkərinin səviyyəsindən asılı olaraq yüngül və ya ağır ola bilər. Müşahidə olunan simptomlar;
Daha ətraflı videoda:
Sizin sağlamlığınız mənim naliyyətimdir!
Neyrocərrah Bəhruz Eyvazov