Valideyinlər bəzən soyuq dəymədir, deyərək uşaqlarda əhəmiyyət vermədikləri yuxarı tənəffüs yolların infeksiyası çox ciddi fəsadlaşma olan kəllə daxili ağırlaşma verə bilir.Bunlara beyin absesi və ya empiemasını göstərmək olar.Növbəti pasientimiz başqa xəstəxanadan huşsuz vəziyyətdə bizim xəstəxanaya köçürülmüşdür.Valideyinlərin deməsinə görə xəstəliyi yuxarı tənəffüs yolların respirator xəstəliyi ilə başlayıb. Xəstəlik adekvat müalicə olunmadığından vəziyyəti pisləşib alin nahiyyəsində şişkinlik əmələ gəlib sonradan həmin şişkinlik üst göz qapağına yayılıb.Xəstənin huşu dərinləşdiyindən Bakıdakı Uşaq İnfeksion Xəstəxanasına gətirilib .Müalicələr aparılmasına baxmayaraq vəziyyəti pisləşməkdə davam etdiyindən baş beyinin MRT müayinəsindən sonra Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçülürmüşdür.Daxil olarkən huşu dərinləşmiş, sol tərəfli hemiplegiya (sol əl və ayaqda hərəkətsizlik), sağ üst göz qapaginin absesi , baş beyinin kontrastlı MRT müayinəsində isə sag tərəfli empiema,pansinusit aşkarlanmışdır.Aparılmış cərrahi əməliyyatlardan və konservativ müalicədən sonra pasientimizin vəziyyəti yaxşılaşmış Əlində və ayağında hərəkətlərin həcmi tam bərpa olunmuşdur.Pasientimiz tam defisitsiz evə yazıldı.
Dr.Bəhruz Eyvazov . Neyrocərrah