Onurğa cərrahiyyəsi kursu. 8-11 May.2019 İstanbul

Onurğa cərrahiyyəsi kursu. 8-11 May.2019 İstanbul

Onurğa cərrahiyyəsi texnologiya inkişaf etdikcə daima inkişaf etməkdə olan cərrahiyyə sahəsidir.Bu səbəbdən yeni innovasiyalarin onurğa cərrahiyyəsindəki tətbiqinə dair hər il bir neçə beynalxalq konqresslər keçirilir.Onurğa cərrahiyyəsinin inkişafinda bir neçə beynalxalq qurumların rolu danılmazdır.Bunlardan biri də Skolioz Araşdırma Cəmiyyətidir( Scoliosis Research Society -SRS) ki,dünyada tanınmış onurğa cərrahlarını hər il müxtəlif ölkələrdə bir yerə toplayaraq təcrübə mübadilələrinin aparılmasında, gənc onurğa cərrahların təkmilləşməsində böyük rolu vardır.8-11 May 2019 tarixində Türkiyənin İstanbul şəhərində keçirilən " Current Consepts and Hands -On Course" adlı nəzəri və praktik kursunda iştirakım  çox faydalı oldu.Dünyada öz texnikləri ilə tanınan professorlarla  tanış olmaq,fikir mübadiləsi aparmaq ,onların təcrübəsindən yararlanmaq təbii ki mənim praktik fəaliyyətimə müsbət təsiri olacağını düşünürəm .Gələcəkdə həmin professorlarla birgə elmi işlərdə çalışılması barədə də fikir mübadiləsi apardıq.Hər bir cərrah düşünürəm ki ,yeniliklərdən daima xəbərdar olmalı və onlardan faydalanmalidir.

 

 

 

back to top button