Beyin qanaması beynin damarlarının yırtılması nəticəsində yaranır. Qanaxma meydana gəldiyi zaman, kapalı bir nahiyyədə kəllənin içərisində olan beyin, içinə və ya ətrafında dolan qanın yaratdığı təzyiq altında qalır. Əlamətlər və şikayətlər bununla bağlıdır. Beyin qanaxmalarının həyati təhlükəsi ola bilər. Beyində yaratdığı zədə qanaxmanın həcmindən və qanaxmanın nə qədər tez nəzarət altına alınacağından asılıdır. Beyin toxumasında normalda hematoensefalik baryer vardır. Buna görə damardan sızan qan beyin üçün toksik bir maddədir. Qan təzyiq səbəbi ilə beynin toxumasına ziyan vura bilər və beynin qan dövranını azalda bilər, bu da oksigen çatışmazlığına və iflicə səbəb ola bilər.
Müxtəlif növ serebral qanaxmalar var. Bunları başlıq altında qısaca aşağıda qeyd etmişik.
Beyin qanaxmasının simptomları
- Ani, şiddətli baş ağrısı
- Uyuşma, qarışqa gəzmə hissi
- İflicin inkişafı
- Görmə itkisi, bulanıq görmə, iki görmə
- Müvazinətin itməsi
- Anlama çətinliyi, mənasız söhbətlər, oxuma və yazma çətinlikləri
- Yuxululuq
- Huş itirməsi
- Epilepsiya hücumları
Beyin qanamasının diaqnozu
Neyroloji müayinənin nəticəsi olaraq, beyin qanamasından şübhələnirsizsə KT və MRT müayinəsi zamanı beyin qanaması diaqnozu qoyula bilər. Anevrizma şübhəsi varsa əlavə olaraq beyin damarlarının angiyoqrafiyası asanlıqla diaqnozu dəqiqləşdirir.
Intraserebral qanaxma - Hematoma
Beyinin içində kiçik damarların qanaxmasıdır. Nəticədə qan kütlə təsiriylə beynə təzyiq göstərir. Bu da simptomların meydana gəlməsinə səbəb olur. Ən tez tez rastlanan səbəbi hipertenziyadır. Xəstələrin əksəriyyətində orta və ağır dərəcəli arterial hipertenziya vardır. Aspirin və kumadin kimi qan laxtalanmasını azaldan dərmanların istifadəsi qanaxma riskini yüksəldir. Digər səbəblərə anevrizma, arteriovenoz malformasiya, venoz angioma və beyin şişləri daxildir.
Epidural qanaxma
Dura adlı beyin zarı ilə kəllə arasında baş verən qanaxmadır. Beyinə çox güclü təzyiq göstərən bu qanaxma ölümcül ola bilər. Adətən; ağır baş travması sonrasında ortaya çıxır. Bu, Meningema media adlanan arteriyanın yırtılmasından yaranır. Arterial qanaxma olduğu üçün sürətli şəkildə yığılır və kütlə yaradır.Bu kütlə beyinə güclü təzyiq göstərir.
Xroniki subdural hematoma
Qanama beyin zarı və beyin parenximası arasında körpü şəklində olan damarlarda yaranan sızmalar nəticəsində baş verir. Adətən yaşlılarda (60 yaşdan çox) baş verir. Yaşlılarda beyin kəllədən daha kiçikdir. Bu səbəblə damarlar travmaya daha həssasdır. Travma sonrasında asanlıqla qanaxma baş verə bilər.
Subarachnoidal qanaxma- Hemorragiya
Beynin əsasında olan böyük arteriyalardan birinin yırtılması nəticəsində yaranır. Qan subarachnoidal beyin zarının altında beynin ətrafında yayılır. Bundan əlavə qan serebrospinal mayenin içərisinə də sızır. Subaraxnoid qanaxmaların əksəriyyətində səbəb beyində olan anevrizmaların yırtılmasıdır. Anevrizmaların divarları incəlir və bu səbəblə də yırtılmağa meyllidir. Arteriovenoz malformasiyada belə qanaxmalara səbəb olan patologiyalardan biridir.
Beyin qanaxmasının müalicəsi
- Xəstənin həyatını xilas etmək, hava yolunu açılması, yaşamaq dəstəyini təmin etmək.
- Qanama səbəbini aradan qaldırmaq
- İntrakranial təzyiqin azaldılması
- Beyin ödemini azaldılması
- Yataq istirahəti
- Baş ağrısını azaltmaq
- Gücənmələri azaltmaq
Əməliyyata qərar verildikdə, həkim tətbiq olunacaq müalicənin növünü müəyyənləşdirir. Kraniotomiya və ya kraniektomiya tətbiq edilə bilər. Yəni kəllə sümüyü çıxarılır. Məqsəd, mövcud olan və təzyiq yaradan qanı boşaltmaq və beynin rahatlığını təmin etməkdir. Anevrizma və ya arteriyovenoz malformasiya varsa, klipsləmə yerinə yetirilir.