Lumbar Dar Kanal nədir? Onurğada kanal stenozu

Lumbar Dar Kanal nədir? Onurğada kanal stenozu

Onurğada dar kanal xəstəliyi bel yırtığı ilə qarışıq salınan bir onurğa xəstəliyidir və son 20-30 il ərzində gedərək rastgəlmə sıxlığı artır. Onurğada Dar kanal xəstəliyi adətən əllili yaşlardan sonra görülən bel bölgəsində onurğa beyni kanalının daralması ilə ortaya çıxan bir xəstəlikdir. Bu yavaş inkişaf edir. Bununla yanaşı, fərqli səbəblərdən də gənc şəxslərdə də baş verə bilər.

Səbəbləri;

Xəstələrin anadangəlmə dar kanalları yaş artdıqca onurğa beyninin bel hissəsini sıxaraq xəstəliyə səbəb olur.

Degenerasiya: Ən çox rast gəlinən səbəbdir. Yaşlanma ilə birlikdə fəqərələr arasında olan disklər büzüşür, fəqərələrdə xalq diliylə kirəcləşmə deyilən sümük çıxıntıları yaranır və kanalın daralmasına səbəb olur.

Onurğa sürüşməsi: Fəqərələrin biri birinin üzərindən sürüşməsi nəticəsində lumbar dar qanala səbəb ola bilər.

Böyük yırtıqlar: Onurğa kanalına tərəf inkişaf edən böyük yırtıqlar da kanalın daralmasına səbəb ola bilər.

Əlamətlər;

Lumbar dar kanalları olan xəstələrin klassik şikayətləri gəzinti, ayaq üstə durma və oturma zamanı hər iki ayaqlara vuran ağrılardır. Bel ağrınız olmaya da bilər!

Xəstələrdə getdikcə yerimə məsafəsi qısalır.

Xəstələr yeridikdə önə doğru əyildikdə rahat olurlar, dik durmaqdan uzaqlaşırlar.

Xəstəliyin inkişaf etmiş mərhələlərində qısa məsafəli gəzinti zamanı belə ayaqlarda kramplar yaranır və son mərhələdə sidik qaçırma kimi şikayətlər yaranır.

Diaqnoz necə qoyulur?

Onurğa kanalının stenozunu göstərmək üçün ən yaxşı üsul Maqnit Rezonans Tomoqrafiyadır(MRT). X-şüalarının istifadə olunmadığı bu üsulda, onurğa beyni və sinirlərin təzyiq altında olub-olmadığı görülür. Kompyutor tomoqrafiya başqa bir üsuldur. Sümük strukturları KT-də daha yaxşı nümayiş olunur. Bundan əlavə, həkim lazım bilərsə sinir keçiriciliyi müayinəsini və ya qan müayinələrini tələb edə bilər.

Müalicə;

Lumbar dar kanal diaqnozu qoyulmuş xəstələrə əlamətlərinə görə cərrahi və ya qeyri-cərrahi müalicələr tətbiq edilir.

Qeyd olunan şikayətləriniz varsa neyrocərraha müraciət edin!!Çünki vaxtında qoyulan diqnoz həyat qurtarır!!

 

back to top button