Hidrosefaliya

Hidrosefaliya

Hydrosephalus hydro - su və sephalus - baş sözlərinin birləşməsindən yaranır. Ümumiyyətlə beyində həddindən artıq maye yığılması kimi tanınır. Burada qeyd olunan maye baş-onurğa beyin mayesi- "serebrospinal maye" dir. Bəzi beyin mədəciklərində bu mayenin həcminin artırılması kəllədaxili təzyiqin yüksəlməsi və beyini sıxaraq beyinə zərər verməsinə səbəb olur.

Serebrospinal maye gün ərzində davamlı olaraq yaranır və geri sorulur. Bu maye beyin və onurğa beynini əhatə edir və davamlı dövriyəyə malikdir. Üç əsas vəzifəsi vardır ;

-Beyin və onurğa beynə gələn zərbələrin zərərli təsirindən onları qorumaq,

-beynin qidalanması və artıq maddələrinin atılmasına yardım etmək,

-beyin və onurğa beyin arasında hərəkət etməklə beyində təzyiq dəyişikliklərini tənzimləmək .

Hidrosefaliya hər yaşda görülə bilər, lakin tez-tez uşaqlar və yaşlılarda (60 yaşdan çox) baş verir. Təqribi 500 uşaqdan biri hidrosefaliya olur. Bu xəstələrin əksəriyyətində diaqnoz doğuş zamanı, doğumdan əvvəl və ya erkən körpəlikdə dövründə qoyulur. Nadir hallarda genetik xəstəliklər və ya sonradan yaranan ola bilər.

Ümumi səbəblər; İntrakranial qanaxmalar, baş travması, beyin şişləri, erkən doğuma bağlı hemorragiya və infeksiya- meningoensefalit.

Əlamətləri: Hidrosefaliya əlamətləri insandan insana dəyişir. Yaş qruplarına görə ümumi nəticələr aşağıdakılardır:

Yenidoğulmuşlarda (0-2 ay); Başın anormal böyüməsi, baş dərisinin nazikləşməsi, başın vaskulyarizasiyasının nəzərəçarpan olması, qusma, narahatlıq, gözlərin aşağı baxması, tutmalar və ya ünsiyyət qabiliyyətinin pozulması.

Uşaqlarda (2 ay və yuxarı); Başın anormal böyüməsi, baş ağrısı, ürəkbulanma, qusma, qızdırma, iki görmə, narahatlıq, danışmada və yerimədə geridə qalma, ünsiyyət pozğunluğu, sensor-motor funksiyalarının itirilməsi, epileptik tutmalar. Yaşlı uşaqlar oyaq qalmada və ya oyanmaqda çətinlik çəkə bilər.

Orta yaşlı yetkinlərdə; Baş ağrısı, oyaq qalmada və ya oyanmada çətinliklər, balans pozğunluğu, sidik qaçırma, şəxsiyyət pozğunluğu, demensiya, görmə pozğunluğu.

Yaşlılarda; Ünsiyyət qurmada pozğunluqlar, gedişdə müvazinətin pozulması, xatırlama çətinlikləri, baş ağrısı,denemsiya, sidik qaçırma.

Hidrosefaliyası olan xəstələrdə həkim müalicə tətbiq etmədən əvvəl sizinlə danışacaq, suallar soruşacaq, müayinə edəcək və bəzi testlər (Kompyuter tomoqrafiya KT, Maqnit Rezonans Tomoqrafiya MRT, Beyin Ultrasonografiyası-neyrosonografiya) tələb edir. Hidrosefaliyanın diaqnozu, niyə baş verdiyi və hansı müalicə prosesinin tələb olunduğu bu testlərdən sonra müəyyənləşdiriləcəkdir. Təkcə uşaqlarda başın böyük olması hidrosefaliya olduğunu göstərməz! Ancaq beyin görüntüləmə üsulları istifadə edilərək diaqnoz təsdiqlənir.

Hidrosefaliyanın müalicəsi

Hidrosefaliya xəstəliyinin dərmanlarla müalicəsi mümkün deyil. Hidrosefaliya yalnız beyin və sinir cərrahiyyəsi mütəxəssisləri -neyrocərrahlar tərəfindən cərrahi müdaxilələrlə düzəldilə bilər. Seçiləcək cərrahiyyə müdaxiləsinin növləri hidrosefaliyanın əsas səbəbinə görə dəyişir.

Serebrospinal mayenin dövranında bir maneə (tıxanma) varsa, tıxanıqlıq (şiş, kist və s.) cərrahi əməliyyatla aradan qaldırılır. Beyində baş onurğa beyin mayesinin dövranında yollarda darliq varsa yani qaöali hidrosefaliyadırsa belə xəstələrə endoskopik cərrahi əməliyyat mümkündür.Açıq hidrosefaliyada yani beyin mayesinin dövranında heç bir maneə olmur,problem beyin mayesinin daha çox əmələ gəlməsində olur ki,belə hallarda ancaq ventrikuloperitoneal şuntlama cərrahi əməliyyatı icra olunur.

 

back to top button