İntradural – Extramedulyar Spinal şişlər.

İntradural – Extramedulyar Spinal şişlər.

İntradural ekstramedulyar şişlər spinal şişlərin 40% -ni təşkil edir və onların təxminən 70% -i menengiomaschwannoma tərəfindəndir; Xəstələrdə şişlərin 90% -i xoş xassəli olur və tamamilə xaric oluna bilər. 0-10%ində nevroloji pozğunluqlar müşahidə olunur.

Menengiomalar:

Spinal menengiomalar intrakranialdan daha azdır; Bütün menengiomaların təxminən 7.5-12.7% -i təşkil edir. Bütün intradural-ekstramedulyar şişlərinin təxminən 25-46% -ni təşkil edir. Xoşxassəli bir şişdir.

Qadın-kişi nisbəti 4-5 / 1dir.

Bu şişlər 67-84% torakal (döş), 14-27% servikal (boyun), 2-14% lumbar (bel) bölgədə yerləşir. Xüsusilə qadınlarda torakal bölgədə daha çox müşahidə edilmişdir.

Tamamilə ekstradural yerləşən şişlərdə malign transformasiya (bədxassəliyə keçmə riski) riski yüksəkdir.

Ağrı ən çox və erkən görülən simptomdur. Maqnit Rezonans Tomoqrafiyanın (MRT) çox istifadə olunması ilə diaqnozun müddəti qısalmışdır və cərrahiyyə ciddi nevroloji çatışmazlıqlar olmadan erkən dövrdə həyata keçirilir.

82-99% xəstələrdə tamamilə çıxarıla bilər. Əməliyyatdan sonra bir neçə ay ərzində davamlı yaxşılaşma müşahidə olunur. Proqnozu yaxşıdır. Təkrarlanan meningiomalar nadirdir.

Xoşxassəli şişlər zamanı radioterapiya və kimyaterapiyaya ehtiyac olmur. Subtotal rezeksiya (qismən çıxarılma)sonrası radiyoterapiya verilməsi mübahisəlidir. Təkrarlanan menengiomalarda radiyoterapiya tətbiq edilə bilər Xəstəlik və ölüm nisbəti aşağıdır (0-3%).

Schwannoma / Neyrofibroma:

Sinir qişa şişləri (neyronoma, neyrofibroma, neyrolemmamo və schwannoma) schwan hüceyrələrindən yaranır və ümumi əhali içərisində sıx rastlanır (0.3-0.5 / 100.000). 30-50'li yaşlarda çox olur.

Ən çox torakal bölgədə yerləşir, daha sonra servikal və bel bölgəsində görülür. 90% -dən çox xoş xassəlidir. Onlar yavaş böyüyən şişlərdir.

Xəstələrin 80%-ində ağrı, 10%-ində isə zəiflik, sfinkter problemləri və hiss pozğunluqları müşahidə olunur.

Müalicə zamanı məqsəd şişin tam çıxarılmasıdır. Bu vəziyyətdə proqnoz çox yaxşıdır. Sinir kökünün ətrafı tamamılə təmizlənir, zərurət yarandığı təqdirdə sinir kökü kəsilməlidir. Demək olar ki, heç vaxt ciddi problemlər yaratmır. Təkrarlanana şişlər nadir hallarda subtotal rezeksiyadan sonra müşahidə olunur. Postoperatif radiyoterapiya göstərilmir.

Əməliyyat sonrası uzunmüddətli nəticələrə dair bir araşdırmada; Xəstələrin 76,59% -i yaxşılaşıb, 17,02% -i qismən yaxşılaşıb, 4,25% -i dəyişməyib, 0,7% -i pisləşib və 1,41% -i həyatlarını itirdi.

Vaxtında diaqnozun qoyulub və vaxtında müdaxilənin olunması proqnoz üçün çox önəmlidir!

 

back to top button