Onurğa və onurğa beyin şişlərinin əlamətləri.

Onurğa və onurğa beyin şişlərinin əlamətləri.

Onurğa və onurğa beyin şişlərinin əlamətləri.

Onurğa şişi onurğa kanalında və ya onurğanın sümüklərində yaranan bir böyümədir.Onurğa beynində və onurğa zarında (dura mater) yaranan onurğa beyin şişinə isə intradural şiş deyilir. Onurğanın sümüklərinə təsir edən (fəqərələrə) şişlərə vertebral şişlər deyilir.

Onurğa və onurğa beyin şişlərinin əlamətləri nələrdir?

Onurğa beyin şişləri xüsusilə şişlər böyüdükcə fərqli əlamət və simptomlara səbəb olur.Şişlər onurğamıza və ya sinir köklərinə, qan damarlarına və ya onurğamızın sümüklərinə təsir edə bilər.

Əlamətlər aşağıdakılar ola bilər.

-Şişin böyüməsi ilə əlaqəli şiş olan nahiyyədə ağrı.

-Adətən bədənin digər nahiyyələrinə yayılan kürək ağrısı.

-Ağrı isti və soyuğa daha həssasdır.

-Bağırsaq və sidik kisəsinin funksional pozğunluğu.

-Bəzən yıxılmalarla müşahidə olunan yerimədə problemlər.

-Gecələr pisləşən bel ağrısı.

-Xüsusilə qollarda və ayaqlarda hiss itkisi və əzələ zəifliyi.

-Bədəninizin fərqli bölgələrində orta və ciddi dərəcəli əzələ zəifliyi.

Kürək ağrısı onurğa beyin şişlərini yayılmış simptomlarındandır. Ağrı kürəyinizdən başqa qalça, ayaq və ya qollarınıza yayıla bilər və hətta müalicə ilə belə tədricən pisləşə bilər.

Onurğa beyin şişlər şişin tipindən asılı olaraq fərqli sürətlə böyüyə bilər.

Nə zaman həkimə müraciət etməlisiniz?

Kürək ağrısının bir çox səbəbi vardır və hər kürək ağrısının səbəbi şiş deyildir! Ancaq erkən diaqnostika və müalicə onurğa beyin şişləri üçün vacib olduğu üçün aşağıdakı formada kürək ağrınız varsa həkimə müraciət edin.

-Dayanıqlı və irəliləyən

-Hərəkətlə əlaqəsi olmayan

-Gecələr daha da pisləşən

-Əvvəllər xərçəng xəstəsi olub və kürək ağrınız başlayıbsa.

-Ürəkbulanma , qusma və ya baş gicəllənmə kimi digər əlamətlərinizdə varsa.

Aşağıdakı əlamətlərdən biri sizdə varsa dərhal tibbi yardım alın!

-Ayaq və qollarınızda irəliləyən əzələ zəifliyi və uyuşmalar.

-Bağırsaq və sidik kisəsində funksional pozğunluqların olması.

Unutmayın vaxtında olunan müalicə həyat qurtarır!

Sizin sağlamlığınız mənim nailiyyətimdir!

 

back to top button