Hər beş insandan biri həyatının müəyyən dövrlərində kürək ağrısı ilə üzləşir. Hər yaş qrupunda baş verə biləcək kürək ağrısı həyat keyfiyyətini azaltmaqla birlikdə əhəmiyyətli xəstəliklərin əlaməti ola bilər. Bir çox narahatlıqlarda olduğu kimi, kürək ağrısı üçün erkən diaqnoz çox vacibdir.
Kürək ağrısına kürəyimizdə olan fəqərələrin hər iki tərəfindəki əzələlərinin gərilməsi səbəb olur. Kürək ağrısına səbəb olan bu gərginliyin ən böyük səbəbi stressdir.Onurğanın normal S-ə bənzər formasinin pozulması zamanı boyun və bel lardozunun hamarlaşması və ya döş nahiyyəsindəki kifozun artması zamanı onurğa beyinə və ya sinirlərə təzyiq artır. Bu təzyiq nəticəsində bel əzələləri gərilir və ağrı inkişaf etməyə başlayır. Uzun müddət əzələlərin gərgin saxlanması fibrozitə səbəb olur. Yorğunluq, ağırlıq qaldırılma, kondisionerə məruz qalma kimi tətikləyici faktorlara bağlı olaraq kürək ağrıları olur. Bəzi insanlarda ağrıları azaltmaq üçün qozbel duruşu başlaya bilər. Bel ağrı çox xəstəliklərin əlamətlərindən biri ola bilər.
Xüsusilə masa başı işçilərində çox yayılmış olan kürək ağrısı miofassial ağrı sindromu adlanır. Kürək bölgədə əzələlər və yumşaq toxumlarla bağlı yaranan ağrı uzun müddət masa başında işləyən insanların şikayətlərindən biridir. Çox vaxt kürək əzələlərinin üzərinə basmaqla ağrı tətiklənir, duruş pozğunluğu meydana gəlir.
Ürək, ağciyər və öd kisəsi xəstəlikləri də kürək ağrısına səbəb ola bilər. Xüsusilə kürək bölgəsində ağrı, çiyinlərdən qabırğaların sonuna qədər hiss edilir. Boyun yırtığı da bölgə olaraq kürəyə yaxın olması səbəbiylə kürək ağrısına səbəb ola bilər. Bundan əlavə, boyun və döş fəqərələrində olan kirəcləşmə də kürək ağrısına səbəb olur. Bu ağrı ilə yanaşı xüsusilə qolda güc itkisi və keyləşmə müşahidə olunursa bu boyun yırtığının xəbərçisidir.
Yumşaq toxuma revmatizması olan Fibromiyalgiya kürək ağrısı əlamətləri ilə özünü göstərən bir xəstəlikdir. Xüsusilə qadınlarda çox müşahidə olunur.Fibromialgiya xüsusilə də kürək bölgəsində olan geniş yayılmış bədən ağrısına səbəb olur. Yorğunluq, şişkinlik, depressiya və stress ilə birlikdə kürək ağrısıda çox intensiv hiss edilə bilər. Fibromiyalgiya müalicəsi multidisiplinar bir yanaşma ilə həyata keçirilir.
Onurğa əyriliyi olan skolioz xüsusilə inkişaf dövründəki xəstələrdə sıx bir ağrıya səbəb ola bilər. Xəstənin şikayətləri kompüter qarşısında artır, ancaq istirahətlə azalır. Skolioz erkən diaqnoz və müalicə tələb edən ciddi bir vəziyyət olduğu üçün kürək ağrısıda nəzərə alınmalıdır.
Qadınlarda daha çox görülən osteoporozda, kürək ağrısı, kürək sümüklərində qırılma və buna bağlı olaraq boy qısalması görülür. Kürəkdə olan ağrı və həssaslıq olduqca şiddətli ola bilər. Kürək ağrsıının səbəb olduğu ağrıların qarşısını almaq üçün dərmanla yanaşı, kürək əzələlərini rahatladan məşqlər də tövsiyə edilir.