Skolioza diqqət

Skolioza diqqət

Ana və atalar diqqət!! Skolioz adı verilən onurğa əyriliyi xüsusilə yetişkənlik dövründə diaqnostika edilən bir sağlamlıq problemidir. Onurğada görülən bu ciddi əyrilik yetişkənlik dövründə uşaqlara nisbətən daha çox görülür.Skolioz düz haldakı onurğanın döş və bel bölgəsində, sağa və sola doğru olan əyriliyə verilən addır. Bu əyriliyə tək başına, ya da qozbellik deyə bilinən və önə doğru əyilməyə səbəb olan 'kifoz' ilə birlikdə rast gələ bilərik.Sağ və sol əyriliyə əlavə olaraq bəzən onurğa eyni vaxtda öz ətrafında da dönə bilər.

Skolioz genetikdirmi?

Skolioz doğumda, doğumdan sonrakı inkişaf dövründə, ya da yetişkənlik dövründə bilinməyən bir səbəblə ortaya çıxa bilər.Ailəsində və ya yaxın qohumlarında skoliozu olanlarda skoliozun rast gəlmə ehtimalı yüksəkdir. Hamiləlik dövründə infeksiya, diabet və bəzi vitamin çatışmazlığı bu sağlamlıq probleminə səbəb ola bilər.Yetkinlik çağındakı skolioz adətən qız uşaqlarında, çox vaxt beldə və kürəkdə görülür, ancaq səbəbi tam olaraq müəyyən deyil. Bu vəziyyətin genetik olduğuna dair tam olaraq bir izahat tapılmamışdır. Yenə bəzi idman növləri üçün "Skolioz mənasında risk faktoru daşıyır" deyilsə də, bu tezisin əksini müdafiə edən tibbi məqalələrin sayı daha çoxdur.Bir sözlə, skoliozun dəqiq bir səbəbi olmadığını söyləyə bilərik.

Kimlər risk altında?

Skolioz Tədqiqat Cəmiyyətinə görə, hər 10 yetkinlik dövründə olan nəfərdən birində hər hansı bir dərəcədə skolioz var. Mövzuya bu şəkildə baxdığımızda problemin yayıldığını söyləyə bilərik. Xəstəlik daha çox yetişkənlik dövrü və əsasən qızlarda görülür.

Skoliozu müalicə etmək mümkündürmü?

Skoliozun müalicəsi xəstəliyin tapıldığı andan hansı dərəcədə olmasına görə bilinir.Üç növ müalicə var: müşahidə, korset müalicəsi və cərrahi müalicənin tətbiqi. Böyüməsini tamamlamış olan uşaqlarda, əyrilik döşdə 45, beldə 35 dərəcəni keçmədikcə cərrahi müdaxiləyə ehtiyac duyulmur. Yalnız skolioz korseti istifadə etmək kifayətdir. Bu səbəbdən ailələrin bu vəziyyətdən xəbərdar olması vacibdir ...

Skolioz əməliyyatı risklidirmi?

Böyümə çağında və ya gənc yaşlarda olan xəstələrdə arxadan edilən(transpedikulyar implantların yerləşdirilməsi) bir seanslı skolioz əməliyyatı edilməsi riski olduqca aşağıdır. Skolioz əməliyyatından öncə xəstənin somatic və nevroloji status dəyərləndirilir,anestezioloq tərəfindən skolioz əməliyyatının riski qiymətləndirilir.Skolioz əməliyyatı onurğa əməliyyatları içərisində ən çox ixtisaslaşma tələb edənidir.Əlbətdəki həkimin savadı və təcrübəsi bu əməliyyatlarda çox önəmlidir!!


 

 

back to top button