Xoroid Pleksus Papillomu

Xoroid Pleksus Papillomu

Xoroid pleksus Papillomu(Choroid Plexus Papillom)

Uşaqlarda ən çox görülən çox yan mədəcikdə yerləşən şişlərdəndir.Böyüklərdə isə dördüncü mədəcikdə daha çox rast gəlinir.Xoroid plexsus papillomu beyin mədəciyində yerləşən damarlı kələfdən inkişaf edir. Xoş xassəli şişlərdən sayılır. Əsasən ozünü beyin mayesinin ifrazını artırdığından hidrosefaliya aradaran onun əlamətləri kimi aparır.Belə ki uşaqlarda başın sürətlə böyüməsi ,çəpgözlük,ətraflarda tonusun artması ,qusma ,ümumi narahatlıq,qıc olma əlamətləri kimi ola bilər. Beyin mədəciyin icərisində damarlı kələfdən (koroid pleksus) inkişaf edən digər şiş isə Xoroid pleksus karsinomu adlanır.Bu olduqca bəd xassəli şişdir 5 illik sağ qalımı 226-50% arasında dəyişir.Hər iki şişin müalicəsi cərrahi yolladır.

Təqdim etdiyim pasient başın ölçüsünün sürətlə böyüməsi və davamlı qusma şikayətləri ilə bizə müraciət etmişdir.Aparılmış müayinələrdə xoroid pleksus papillomu (choroid plexus papillom) aşkarlanmışdır.Tərəfimdən aparılmış cərrahi əməliyyatdan sonra balaca pasientimiz nevroloji defisitsiz evə yazılmışdır.Patohistoloji nəticə choroid plexuss papillom gəlmişdir.


back to top button