Skolioz deformasiyası onurğa sütununun on dərəcə və daha çox yana doğru əyilməsi və boylama ox ətrafında dönməsi ilə müşahidə edilən kompleks deformasiyadır. Skolioz deformasiyasının anadangəlmə və qazanılmış növləri mövcuddur.
Anadangəlmə skolioz deformasiyası onurğa sütunun bətndaxili formalaşması və inkişafı zamanın onurğa sümüklərinin formalaşmasının pozulması nəticisində əmələ gəlir. Bu doğulduqdan sonra gövdə simmetriyasının pozulmasından müəyyən edilir. Bir çox halda uşaqlarda başqa səbəblərdən çəkilən rentgenlər zamanı da müəyyən edilir. Anadangəlmə skolioz zamanı yanaşı gedən sistem rahatsızlıqları və metabolik pozğunluqlar baxımından uşaqların araşdırılması tövsiyyə olunur.
Qazanılmış skolioz əzələ və sinir xəstəlikləri, onurğa sütunun şiş xəstəliyi, travma və infeksiyası sonrası, metabolik və sindromik xəstəliklər zamanı əmələ gələn növləri vardır. Qazanılmış skoliozun ən çox qarşılaşılan və səbəbi bilinməyən növü ideopatik skolioz deformasiyasıdır. Bu deformasiya hər yaşda əmələ gəlsədə daha çox uşaqları cinsi yetişkənlik çağlarına təsadüf edir ki, bu da 10-13 yaşlarına təsadüf edilir.
Skolioz deformasiyası müalicə edilməzsə sadəcə simmetirya pozulması və estetik pozulma ilə məhdudlaşmayıb bir çox başqa paroblemlərə səbəb ola bilər. Skolioz deformasiyası zamanı eyriliyin formasına, dərəcəsinə və onurğanın hansı anatomik nahiyyəsində yerləşməsinə bağlı olaraq döş və qarın boşluğunda, çiyinin və çanağın horizontal səviyyəsində pozulmaya səbəb ola bilər.
Uşaqlarda ağ ciyərlərin inkişafı on yaşına qədər davam etdiyindən bu inkişaf tamamlanmadan öncə ortaya çıxan əyriliklər xüsusi əhəmiyyətə sahibdir. Bu zaman döş qəfəsi həcmindəki deformasiyalar ağciyərlərin normal inkişafını pozur və nəticədə ağciyərlərin ümumi hava tutumu həcmi azalmış olur. Ağciyər hava tutumu azaldığı halda olur və uşaqların gələcək həyatlarında müalicəsi mümkün olmayan tənəffüs sistemi xəstəliklərinə səbəb olur. Kiçik yaşlı uşaqlarda icra edilən əməliyyatlar zamanı onurğa əyriliyi düzəldilməklə yanaşı ağciyərlərin normal inkişafına şərait yaradılır. Bu cür yanaşma uşaqlarda deformasiyaların müalicəsi sonrasında tənəffüs problemlərinin yaranmasının qarşısını almış olur.
Onurğanın bel nahiyysində olan əyriliklər zamanı sonuncu qabırğa ilə çanaq sümüyü qanadları arasındaki məsafə azaldığından qarın boşluğunun həcmində azalma müşahidə edilir. Nəticədə qarın boşluğu orqanlarına ola təziq azalmış olur və normal fəaliyyəti pozulmuş olur.
Skoliozu olan hamilə qadınlarda onurğa deformasiyasına bağlı olaraq bir çox problemlər yaranır. Döş qəfəsi və qarın boşluğundakı həcm azalması hamiləlik zamanı bu boşluqlarda yerləşən orqanların normal fəaliyyətini pozur. Bu isə həm anada həm də döldə bir sıra metabolik dəyişikliklərə, dölün normal inkişafının pozulmasına səbəb olur. Hamilə qadınlarda bədən çəkisinin artması və fiziolojik hormonal dəyişikliklərin olması onurğanın bağlarında elastikliyi artıraraq əyriliyin artmasına səbəb olur.
Onurğa defomasiyalarının bir çox növündə skelet sisteminin inkişafının tamamlanması ilə paralel olaraq deformasiyanı artma ehtimalı azalmış olur. Bağ aparatının pozulması, sindromik və irəli dərəcəli deformasiyalarda isə eyriliyin artma prosesi yaşa artması ilə davam etməkdədir. Yaş artması ilə xəstələrdə onurğa ətrafında olan dəstək yumuşaq toxumalarda da sərtləşmələr olur ki, bu da deformasiyanın daha mürəkkəb hal almasına, müalicəsinin çətinləşməsinə səbəb olmaqdadır. Onurğa deformasiyasının dərəcəsinin artması ilə birlikdə onurğa kanalında yerləşən onurğa beynin və çıxan sinirlərin sıxılmasına, dartılmasına səbəb olmaqdadır. Sinir toxumasına olan təziq nəticəsində sinirlərin funksiyası pozulması baş verir ki, bu da öz növbəsində yerimə pozğunluğuna, sidik kisəsi və bağırsaq funksia pozulmasına gətirib çıxarır. Çanağın horizontal müstəvidəki səviyyəsinin pozulması yerimə pozulasına səbəb olan bir başqa səbəbdir.
Onurğa deformasiyalarının müalicə edilmədiyi halda onurğa deformasiyası artaraq gövdə simmetriyasının pozulmasına, kosmetik problemlərə səbəb olur. Yeniyetmə çağında olan uşaqlarda bu kosmetik problemlər həm xəstədə həm də ailə üzvlərində bir çox psixoloji problemlərə səbəb olmaqdadır. Bu isə uaşaqların cəmiyyətə normal inteqrasiyasının pozulmasına ciddi bir bariyer əmələ gətirir, onlaın gələcək həyatına mənfi təsir göstərir. Bu təsir uşaqların ailə planlamasında və kariyerasında özünü göstərir.
Onurğa sütunundakı deformasiyalar fəqarə arası disklərə və oynaqlara düşən yük paylaşmasının pozulmasına, onların daha erkən dağılmasına səbəb olmaqdadır. Bunun nəticəsində onurğa sütunundakı hərəkətlər məhdud və ağrılı olur. Bu xəstələrin mütəmadi olaraq ağrı kəsici dərman vasitələrindən istifadəsinə ehtiyac yaradır. Mütəmadi olaraq istifadə edilən ağrı kəsici dərman vasitələri mədə-bağırsaq sistemi orqanlarına və böyrəklərə mənfi təsir edir.
Onurğa deformasiyasının səbəb olduğu bu problemlər orqanizmə və iş qabiliyyətinə mənfi təsir göstərərək və maddi problemlər yaradaraq səhiyyə sistemin və iqtisadiyyatın inkişafına mənfi təsir göstərir. Bu baxımından deformasiyaların müalicəsi hər zaman diqqət mərkəsində olmalı və bu xəstələrə xüsusi diqqət ayrılmalıdır.