Fevral ayın 10 2018 tarixdə İstanbulda Koç Universitet Xəstəxanasında Keçilirən Beynəlxalq Onurğa Osteotomiya Toplantısında (İnternational Spinal Osteotomy Meeting) iştirak etdim. Toplantı ilə bağlı bəzi təsürratlarımı çatdırmaq istəyirəm. Toplantının əsas məqsədi müxtəlif ölkələrdən gəlmiş onurga cərrahiyyəsindəki aparıcı mütəxəsislərin təcrübə mübadilələrin aparılması idi.Bu toplantı İsveçrədən olan Prof.Max Aebi və İstanbuldan Prof.Fahir Özerın başçılığı ilə keçirilmişdir.Toplantıda dünyaca məşhur onurğa cərrahların prof.Daniel Riew (St Louis .USA), Claudio Lamartina(Milan .ITALY), Jean-Charles Le Huec (Bordeaux .FRANCE), Ibrahim Obeid (Bordeaux.FRANCE), Salman Sharif (Karachi .PAKISTAN), Vedat Deviren(San Francisco.USA), Pedro Berjano(Milan .ITALY), Mehmet Zileli(Izmir,TURKEY), Onur YAman (Istanbul.TURKEY) və digər cərrahların mühazirələrini dinləməklə onurga cərrahiyyəsindəki biliklərimi artırmış oldum.Mühazirələrdə Onurga deformasiyalarinda ,Skolioz cərrahiyyəsində,Onurganın degenerativ xəstəliklərində istifade olunan son cərrahi texniklərdən və fəsadlaşmış onurğa stabilizasiya əməliyyatların sonraki cərrahiyyəsindən danışıldı.
Vaxtaşırı keçirilən belə toplantilar və konfranslar neyrocərrahiyyədə olan yeniliklərdən xəbərdar olmağa və cərrahi təcrübələrimin artırılmasına kömək edir.