Torakal Disk yırtığı.

Torakal Disk yırtığı.

Kürək yırtıqları və ya torakal disk herniyası bütün onurğa disk yırtıqları arasında nadir görülən bir xəstəlikdir.

Torakal Disk yırtığının rastgəlmə tezliyi.

Bütün disk yırtıqları arasında təxminən 1% nisbətində görülür.

Sıxlıqla torakal disk yırtıqları orta yaşlarda (30-60 yaş) və 60% nisbətində kişilərdə daha çox görülür. Döş alt səviyyədəki hərəkətin çox olması səbəbiylə disk yırtıqlarının çoxu T11-12 səviyyəsində olur, 75% nisbətində isə T8 səviyyəsinin altında müşahidə olunur.

Döş nahiyyəsinin anatomik xüsusiyyəti.

Torakal onurğa digər bölgələrdən fərqli olaraq kifotikdir, yəni donqar fəqərələrdən meydana gəlmişdir və torakal nahiyyədə onurğa beyni fəqərə korpusunun posterioruna çox yaxın şəkildə yerləşir. Bundan əlavə bəzi bağlar onurğa beynini gərgin tutur və bu vəziyyətdə ön tərəfdən bir təzyiq olduqda onurğa hərəkət qabiliyyətini məhdudlaşdırır. Bütün bu səbəblərdən bu səviyyədə bir darlıq olduğunda onurğa beyni daha çox təzyiq altında qalır.

Torakal onurğada qan dövranının məhdud olması səbəbi ilə sümüklərin zədə görmə riski daha çoxdur. Lokal vaskulyar dövran pozuqluğu onurğa beyni funksiyasının itməsinə səbəb olur və buna bağlı klinik əlamətlər ortaya çıxır.

Torakal Disk yırtığının klinikası.

Torakal disk yırtığının az hallarda ağrı ilə müşahidə olunur.

Torakal disk yırtığı zamanı simptomlar çox dəyişkən olur.

Klinik əlamətlər yırtığın şiddətinə və hansı səviyyədə olduğuna görə dəyişir.

Ən çox görülən başlanğıc əlamətlər adətən yandırıcı və ya batırıcı şəkildə təsvir edilən, davamlı ya da fasiləli olaraq ortaya çıxan kürək ağrısıdır.

Klinik əlamətlərinə görə 57% xəstələrdə ağrı, 24 %-ində duyğu itkisi, 17 %-ində motor güc itkisi və 2%-ində sifinkter qüsuru müşahidə olunur. Xəstələrin adətən ilk klinik əlamətləri onurğa beyni təzyiqindən asılıdır. T11 və L1 səviyyələri arasındakı disk yırtıqlarında konus medullarisə təzyiq ola bilər. Konus medullarisin üst səviyyələrində təzyiq olan xəstələrdə adətən yerimə pozğunluğu, aşağı ətraflarda gücsüzlük, sfinkter qüsuru (tez-tez sidiyə getmə, sidiyini tam boşaltmama hissi) kimi əlamətlər müşahidə olunur. Torakal disk xəstələrində yuxarı ətraflarda motor və hiss itkisi yoxdur. Əgər yuxarı ətraflarda nevroloji əlamət müşahidə edilərsə xəstələrdə mütləq servikal bölgə araşdırılmalıdır.

Torakal disk yırtığı özünə xas xarakterik bir klinikaya sahib deyil. Xəstələr yalnız kürək və / və ya qarın ağrısı ilə müraciət edə biləcəyi kimi, sifinkter funksiya itkisi və mielopatiya da meydana gətirə bilər.

Torakal Disk yırtığının təbii sehri.

Torakal disk xəstəliyinin təbii seyri ilə əlaqədar məhdud məlumat vardır.Çünki xəstəliyin təbii sehri simptomlara görə də dəyişiklik göstərməkdədir.

Məsələn aşağı ətrafların əlamətləri olan xəstələrdə şikayətlər artmaya meyli olur. Yalnız ayaq ağrısı olan bir xəstənin klinik əlamətlərinə zamanla motor və duyğu itkiləri, sfinkter pozğunluqları və digər mielopatiya əlamətləri əlavə olunur. Mielopatiya olan xəstələrdə spontan düzəlmə gözlənilmir və cərrahi müalicə məsləhətdir.

Torakal disk yırtığının diaqnostikası

Simptomları çox dəyişkən olub başqa patologiyalarla bənzərlik göstərdiyindən diaqnozu olduqca çətindir. Bəzi faktlarda məsələn

ürək ağrısı, appendisit ağrısı, yumurtalıq partlama ağrısı deyə təyin olunan ağrıların bir qismində müalicə ilə yaxşılaşma müşahidə edilməzsə mütləq bu düşünülməlidir. Torakal disk yırtığı sinə və kürək ağrısı əlamətləri ilə özünü göstərdiyində atipik sinə ağrısı zənn edilir. Atipik sinə ağrısı işemik ürək xəstəliyini istisna etmək üçün müayinələrə ehtiyac duyulan problemli və məşhur bir simptomdur. Atipik sinə ağrısı termini ürək ağrısının bəzi xüsusiyyətlərini göstərməsinə baxmayaraq ehtimalla ürək əsilli olmayan ağrını ifadə etmək üçün istifadə edilir. Diaqnozu təsdiqləmək üçün KT və MRT tətbiq olunur.

Torakal disk yırtığının müalicəsi.

Günümüzə qədər hər birinin özünə görə üstünlüyü və çatışmazlığı olan bir çox cərrahi yanaşma olsa da hansı yanaşmanın daha üstün olduğu mövzusunda bir fikir birliyi yoxdur.

Bu səbəblə cərrah qərarı vermədən əvvəl aşağıdakı sualları soruşmalıdır.

1.Xəstəlik nə zamandan başlayıb?

2. Bu narahatlıqla əlaqədar hansı müalicələri görmüşdür?

3. Sidik kisəsi tutumu pozulubmu, bunun üçün urodianmiya kimi testlərin qiymətləndirilməsi edilibmi?

4. Qüvvət itkisi və ya hiss itkisi vardırmı?

5.Onurğa beynində mielopatiya əlamətləri, ağır onurğa beyni zədəsi vardırmı?

6. Xəstənin yaşı, təzyiqi, diabet və ya dərman metal allergiyası vardırmı?

7. Xəstə əvvəldən də olsa zədə və ya bir məcbur etməyə səbəb olacaq ağır bir yüklənməyə məruz qalmış ola bilərmi?

8. Xəstənin yaxşılaşmayan kürək ağrısından əlavə gecələr xüsusilə artan ayaqlarında bibər tökülmüş kimi yanma hissi varmı?

9. Xəstənin siqaret çəkməsi və ya sümük əriməsi ilə əlaqədar testləri edilibmı?

10. Xəstənin psixologiyası düzəlmirsə və iflic əlamətləri də yoxdursa əvvəlcə psixiatrik müalicə alması doğru olacaq.

Bütün bu sualların cavablarına görə həkim cərrahi əməliyyatın növünü seçir.

 

back to top button