Bir yaş iki aylıq xəstəmiz ümumi narahatçılıq ,davamlı qusma şikayətləri ilə aparılmış çoxsaylı derman müalicələri effekt vermədiyindən baş beynin MRT müayinəsi olunduqdan sonra bizə müraciət etmişdir.Aparılmış baş beynin MRT müayinəsində Arxa kəllə çuxurunda dördüncü mədəciyi dolduran nəhəng şiş toxuması aşkarlanmışdır. Xəstə qısa müddətli hazırlıq olduqdan sonra cərrahi əməliyyata "Suboksipital Kranioektomiya Dördüncü mədəciyin şişini total xaric edilməsi və ventrikulostomiya " icra olundu. Aparılmış cərrahi əməliyyat neyrocərrahi əməliyyatlar içərisində yüksək riskli olanlardandır . Cərrahi əməliyyatın çətinliyi xəstənin yaşının az olması,beyin şişinin həddsiz böyük olması,şiş toxumasının beyin kötüyünün üzərində yerləşməsi ,qan damarları ilə zəngin təchiz olunduğundan güclü qanaxma riskinin olmasıdır.Bütün bu çətinliklərə baxmayaraq cərrahi əməliyyat fəsadsız keçdi.Əməliyyatdan sonra xəstəmiz yaxşılaşma ilə evə yazıldı.Beyin şişinin patohistoloji cavabı medulloblastoma oldu. Bu səbəbdən xəstə onkoloqun nəzarətinə göndərildi.