Fəqərə sürüşməsi
Fəqərələrdən üst tərəfdəki altdakı fəqərələrin üzərindən önə sürüşməsinə spondilolistezis (nadir olaraq arxaya sürüşmüşsə retrolistezis) deyilir.
Spondilolistezisin səbəbləri
1-Travma nəticəsində fəqərələri bir birinə bağlayan oynaqlarda qırıq olması
2-Yaşla bərabər fəqərələrdə pozulma nəticəsində seqmentlər arası instabilitənin inkişafı nəticəsində sürüşmə. Qadınlar kişilərdən bir qədər çoxdur.
3-Anadangəlmə saqqum ilə aşağı bel fəqərəsi arasındakı əlaqənin zəif olması
4-Spondilolizis yəni istmik spondilostezis- Embrionun inkişafı əsnasında fəqərə cismi ilə arxa hissəsi arası əlaqəni təmin edən istmus deyilən bölgə tam inkişaf etmədiyi üçün bağlantı yeri açıq qalmışdır.
5-Şiş kimi istmusu tutan bir patologiyada əlaqənin zəifləməsi nəticəsində sürüşmənin olması.
Əlamətlər
Sürüşmə olan yerdə adətən yırtıq yaranmaz.
Əlamətlər sürüşmə dərəcəsinə, tipinə və səviyyəsinə görə dəyişir. Ya yalnız dar kanal əlamətləri ya da yalnız onurğa beynindən yan buynuzlardan çıxan sinir kökü sıxışması əlamətləri, ya da bunların hamısının bir yerdə olması müşahidə olunur.
Yalnız sinir kökü sıxışma əlamətləri olursa bel yırtığı ilə qarışdırılar. Sürüşmənin yaratdığı MRT-dəki yalançı yırtıq görünüşünə səhvən bel yırtığı diaqnozu qoyula bilər.
Əgər əlamətlər dar kanala bənzəyirsə yenə də bel yırtığı ilə qarışdırıla biər. Buna görə dar kanalın əlamətlərini yaxşı bilmək lazımdır.
Nə vaxt əməliyyat olunmalıdır?
Xəstəliyiniz varsa, yerimə məsafəsi 500 metrdən aşağıdırsa ağrısı olsada olmasada əməliyyyata gedəcək. Və ya ayaqları qismən və ya tam iflic olanlar əməliyyata gedir. Ağrıya görə həyat keyfiyyəti düşmüş olan xəstələr 500m məsafədən çox getsələrdə əməliyyat oluna bilərlər. Əməliyyatın dar səviyyəsində və ya səviyyələrində təzyiq göstərən sümüklər çıxarılır.