Bel yırtığı beldəki fəqərələr arasında yerləşən və bir növ amortizator kimi funksiyanı yerinə yetirən diskin degenerativ dəyişikliyi sonrası meydana gəlir. Fəqərə arası disk elastikliyə malik quruluşuyla onurğanın dayanıqlılığına, hərəkətliliyinə və yüklənmələrə qarşı davamlı olmasına, onurğaya təsir edən zərbə şəklindəki qüvvələrin dəf edilməsinə və qüvvətin ətraf toxumalara bərabər bir şəkildə ötürülməsinə xidmət edir. Disklərin iç qismində pulpoz nüvə adlandırılan jeleyə bənzər yumuşaq bir sahə, bunun ətrafında daha sərt bir fibroz həlqə, fəqərələrə baxan səthlərdə isə hər iki tərəfdə hialin lövhələr adlandırılan qığırdaq toxuması vardır. Xaricdəki təbəqənin anatomik tamlığının pozulması nəticəsində içəridəki yumuşaq toxumanın xaricə doğru axmasına yırtıq deyilir.
Kimlərdə bel yırtığına görə risk altındadır?
✔️Trafik qəzası ya da düşmə kimi böyük travma keçirmiş insanlar.
✔️Həyatı boyunca onurğasına nəzarət etməmiş adamlar, ağır işdə işləyənlər (Toz sovuran istifadə etmək ya da xalça silkələmək kimi işlər onurğanın ən zərərli hərəkətləridir)
✔️Ailəsində keçmişdə bel yırtığı və ya ayaq ağrısı keçirənlər.
✔️Önə əyilmiş vəziyyətdə işləyənlər.
✔️Uzun müddətli ayaq üstə qalanlar və ya uzun müddətli oturanlar (sürücülər)
✔️Çəkisi artanlar.
✔️Hamiləlik nəticəsində kilo alan qadınlar
✔️Ağır qaldıran və ya ağır qaldırmaqla idman edən insanlar
Nə zaman həkimə müraciət etməlisiniz?
- Bel ağrısı
- Ayaq ya da qalça, və ya diz, qasıq ya da ayaq ağrısı
-Ayaqda uyuşma və ya qarışqa gəzmə hissi və ya üşümə hissi
-Ayaqda qüvvətsizlik yəni güc itkisi yəni qismən iflic (əlamətləri, ayaqqabının ağır gəlməsi, ayağın yerə ilişməsi, ayaq biləyinin yerə basarkən dönməsi-burxulması, dizdə və ya ayaqda ayaq üstə ikən boşalma nəticəsində yerə düşmə olması, topuq ya da ayaq barmaq ucunda yeriyə bilməmək)
-Öskürmə, asqırma və ya yerə əyilmə və ya gücənmə nəticəsində qalça içinə ya da ayaqda ağrı olduğu vəziyyətində
-Ayağı üzünə yaxınlaşandıqdıqda ağrı artdır.