Fəqərə Hemangioması
Fəqərə hemangioması həmçinin spinal hemangioma,kavernoz hemangioma və ya hemangiomatoz angioma da adlandırılır.Fəqərə hemangioması xoş xassəli törəmə olub 9-12 % insanlarda rast gəlinir.Onların üçdən biri bir neçə fəqərəni tutur.Daha çox bel və aşağı döş fəqərələr nahiyyəsini tutur ,boyun fəqərələr nahiyyəsində nadir rast gəlinir.Hemangioma 25% hallarda fəqərənin cismini ,25%hallarda fəqərə qövsünü,50% hallarda həm fəqərə cismində ,həmdə qövsündə rast gəlinir.Hemangiomaların bədxassəliyə çevrilməsi(malignizasiyası) heç vaxt rast gəlinməyib. Xəstələrdə fəqərə hemangioması adətən təsadüfi bel ağrılarına və ya fəqərə arası disk yırtığına görə MRT (magnit rezonans tomografiya )müayinəsindən keçdikdə tapılır.Fəqərə hemangiomları asimptomatik-əlamətsiz keçir belə hallarda heç bir dərman və ya cərrahi müalicəyə ehtiyac yoxdur ,ancaq bu xəstələr dinamik müşahidə də qalmalıdır.Lazım gələrsə MRT müayinəsi təkrar olunmalıdır.Simptomatik (əlamət verən )hallar isə hormonal dəyişiklik zamanı daha çox hamiləlik vaxtı və menstrual tiskl vaxtı rast gəlinir.Bu əlamətlərə ağrı və nevroloji defisitlər aiddir.
-Ağrı hemangiomanın yerləşdiyi nahiyyədə lokalizə olunur. Bel və kürək nahiyyəsində olan belə ağrılar sinir ağrıları (radikulopatiya) ilə müşayət olunmur.
-Progressiv artan nevroloji defisitlər nadir hallarda döş fəqərələrində baş verir.Torokal mielopatiya baş vermə mexanizmilərinə
1.Şişin sümük üstlüyünə (subperiostal)inkişaf edərək onurğa kanalında onurğa beyini sıxmasından baş verir.
2.Fəqərənin qövsünü genişləndirərək onurğa kanalını daraldır.
3.Epidural yerləşmiş qidalandırici və drenaj edici damarları sıxaraq.
4.Fəqərəni tam tutaraq fəqərə cisminin kövrəkləşməsi nəticəsində patoloji sınıq baş verə bilər.
5.Spontan qan axma(hemorragiya) nəticəsində epidural hematoma gəmələ gələ bilir.
6.Qani daha çox şiş toxuması özünə çəkərək- oğurlanma simptomy onurğa beyinin işemiyasına səbəb olur.
Onurğa sütunundakı hemangiomaların diaqnozu Rentgen ,KT(komputer tomografiya),MRT(nüvə maqnit rezonans tomografiya) müayinələri ilə qoyulur.
Müalicəsi
1.Əgər heç bir əlamət vermirsə onda müalicə tələb etmir.
2.Biopsiya-onurğa da olan digər fəqərə şişlərindən fərqləndirmək üçün.
3.Bel ağrıları və ya kürək ağrıları və nevroloji deficit olarsa
A. Radioterapiya. Onurğadakı hemangiomalar şuaya həssas olduğundan yaxşı nəticə almaq olur.Şua ilə şiş toxuması sklerozlaşdırılır.Yalnız ağrılar olan halda effektlidir.
B. Embolizasiya .Radioterapiyadan daha tez ağrıları aradann qaldırır.Bu metod adətən cərrahi əməliyyatdan əvvəl və ya onurğa beyinin işemiyasının qarşısını almaqdan ötrü icra olunur.
C. Cərrahi əməliyyatla.
-Hemangioma tutan nahiyyənin cərrahi yolla götürülməsi (bu zaman cərrahi ağırlaşmalar - ciddi qan axma,onurğa stabilliyin pozulması,nevroloji defisitin yaranması,əməliyyatdan sonra epidural hematomanın yaranması baş verə bilər.)
- Yeli keyləşdirmə ilə patoloji sınan fəqərəyə xüsusi sementin vurulması.Bu usulla ağrıların azaldılmasına və sonradan sınmış fəqərə fraqmentlərin kanala doğru yerdəyişməsinin qarşısı alınır.