Tarsal tunel sindromu.
Tarsal tunel ayaq biləyinin daxili tərəfində, sümüklərin yanında olan dar bir boşluqdur. Bu boşluğun içindən arteriya, vena, vətər və sinir keçir.
Tarsal tunel sindromu tibial sinir və şaxələrinin içəri topuq nahiyəsində tarsal tuneldə sıxışması nəticəsində baş verir.
Tarsal tuneldə siniri sıxan hər hansı bir törəmə, varikozlar, ganglion kistaları, vətər şişləri, əzələlərdə və vətərlərdə qalınlaşma, artritik sümük çıxıntıları, daha əvvəldən keçirilmiş, ya da mövcud olan travmatik tibia, talus qırıqları kimi səbəblər tarsal tunel sindromuna səbəb ola bilər.
Ayrıca şəkər xəstəliyi və oynaqları tutan xəstəliklər də bu problemə yol aça bilər.
Tarsal tunel sindromunun əlamətləri ayaq biləyinin daxili səthində, ayaq pəncəsində hiss edilən yanma, elektriklənmə hissləri, hissizlik, ayaq ağrısı kimi ifadə edilir. Bu şikayətlər ümumiyyətlə uzun müddət ayaqda qalındığı zaman, uzaq məsafə yerindiyi zaman, məşq edildiyində və yeni bir məşqə başlandığında ortaya çıxa bilər.
Tarsal tunel sindromunun diaqnostikasında ortopediya və ya nevrologiya mütəxəssislərinin edəcəyi müayinələr lazımlıdır.
Müalicə konservativ və cərrahi müalicələr şəklində olur. İlk öncə konservativ müalicə aparılır.Bu zaman xəstələrin çox hissəsinin şikayətləri azalar və aradan qalxır.
Konservativ müalicə effektsiz olduqda cərrahi müalicə gərəkli olur. Vaxtında və düzgün aparılmış hər iki müalicə sonrasında nəticələr yaxşı olur.