Kubital Tunel Sİndromu

Kubital Tunel Sİndromu

Kubital tunel sindromu (cubital tunnel syndrome)

Kubital Tunel sindromu(cubital tunnel syndrome) ulnar(dirsək )sinirin dirsək nahiyyəsində sıxılmasından ortaya çixan bir rahatsızlığa deyilir.Dirsək siniri əlimizdə olan bəzi əzələlərin işləməsini , çeçələ və üzük barmağımızda hissiyatı təmin edir.Dirsək siniri qolun dirsək nahiyyəsində medial epikondilus deyilən sümük qabarıqlığın üzərindən keçir və bu nahiyyə dəri səthinə yaxın olduğu üçün kiçik bir xəsarət həmin siniri zədələyə bilər.Bu ağrıya və əldə qarışqa gəzintisinə səbəb ola bildiyindən bu sahəyə gülməli sümük ( Funny bone) adı verilib.Günlük həyatımızda bu sinirin zədələnməsi tez tez rast gəlinir.Dİrsək nahiyyəsi uzun müddət sərt səthin üzərində olursa və üzərinə təzyiq düşərsə ulnar sinir əlamətləri üzə cıxa bilər.

Əlimizdəki əzələlərin işləməsi və hissiyatı Median ,Ulnar ,Radial sinirlərlə təchiz olunur.Qoltuqaltından gələn ulnar(dirsək) sinir dirsək səviyyəsində içəri yan səthindən kubital tuneldən keçərək saidin ön nahiyyəsinə davam edir və əlin üzük və çeçələ barmağında sonlanır.Kubital tunel nahiyyəsində daralma bu sindromu meydana gətirir.

Bu sindrom dirsək nahiyyəsində köhnə sınıq və tunel içərisində olan həcmli proseslər ,revmatiod artirit kimi bağların qalınlaşmasına səbəb olan xəstəliklərdə meydana gəlir. Kubital Tunel sindromun ən çox əlamətləri üzük və çeçələ barmaqda agrı və keylikdir. Kubital Tunel sindromu (cubital tunnel syndrome ) diaqnozu əsasən klinik müayinə ilə qoyulur.EMG (elektromioqrafiya) müayinəsi ilə təsdiqlənir.EMG ilə sinirin hansı nahiyyədə sıxışması aşkarlanır.

Şikayətlərin yeni başlandığı dövürdə siniri sixan hərəkətləri etməmək,dirsəyi dayayaraq oturmamaq,gecələr dirsəyi düz pozisiyada tutan bandajlar xəstələrə fayda verər.

Kubital Tunel sindromunun(cubital tunnel syndrome-dirsəkdə sinir sıxılması) müalicəsi bir mənalı olaraq cərrahi yolla dirsək nahiyyəsində sinirin sıxılmasını aradan qaldırmaqdır.Əməliyyat zamanı dirsək siniri sıxıntıdan azad olunduqdan sonra sinirin yatağı dəyişdirilir.Əməliyyatdan sonra xəstə həmin gün evə yazıla bilir.

Təqdim eytdiyimiz xəstə dirsək nahiyyəsindən xəsarət almışdır.Sonradan əlində keylik və əzələ zəiflyi əmələ gəlmişdir.Aparımış konservativ müayinələr effektsiz olmuşdur.EMG müayinəsində Kubital Tunel Sindromu (cubital tunnel syndrome)aşkarlanmışdır. Xəstəyə aparılmış rentgen müayinəsində medial epikondul nahiyyəsində travmadan sonra sümük çıxıntı (osteofit) əmələ gəlmişdir ki ,bu da sinirin sıxılmasına səbəb olub.Xəstəyə cərrahi əməliyyat olunaraq dirsək siniri sıxıntıdan azad olundu və yeni yataq yaradılaraq siniri həmin nahiyyəyə yerləşdirildi ,sümük çıxıntı isə aradan götürüldü.Həmin gün xəstə evə yazılmışdır.Şikayətlərin böyük qismi keçmişdir.

 

back to top button