Kəllə sümük defektlərində kranioplastika üçün istifadə olunan ən yaxşı material titan lövhələrdir(Titanium mesh). Kranioplastika zamanı istifadə olunan digər materiallara (ən çox protakrildən istifadə olunur) görə orqanizm üçün təsirsizdir-reaksiya törətmir,yaranın sagalmasında ləngimə olmur. Protakrillə sümük defektinin plastikasında uzun müddət sonra da həmin nahiyyədən yüngül travma alması belə plastikatın yerindən tərpənməsinə səbəb ola bilər.Titan lövhə ilə kranioplastikada belə hallar müşahidə olunmur.Uşaqlarda kəllə sümüklərində böyümə getdiyi üçün adatən kraioplastika 18 yaşdan sonra icra olunur.Əgər kranioplastika lazım gələrsə -sümük defektinin ölçüsü böyük olarsa ,ən ideal material Titan lövhələr(Titanium Mesh) sayılır.Çünki sümük defektinin kənarlarından sümükləşmə gedərkən titan lövhə(titanium mesh) tor şəkilli olduğu üçün plastikatı hər tərəfdən əhatə edərək tam sümükləşmə müşahidə oluna bilir. Şəkillərdə göstərdiyimiz xəstə Qazaxstanda odlu silah yaranlanması nəticəsində xəsarət almışdır. Aparılmış cərrahi əməliyyatdan sonra kəllədə sümük defekti yaranıb.Bizim tərəfimizdən kranioplastika icra olundu.Xəstə qısa müddətdə evə yazılmışdır.