Fəqərə arası disk yırtığı əməliyyatı

Fəqərə arası disk yırtığı əməliyyatı

Fəqərə arası disk yırıtığının cərrahi əməliyyatlarına göstərişlər
 

Fəqərə arası disk yırıtığı günümüzdə geniş yayılmışdır.Disk yırtığının müalicəsində bəzən yalnışlıqlara yol verilir.Cərrahi əməliyyat tələb edən hallarda dərman müalicəsi və ya türkəçarələrə üstünlük verilir ki ,buda cox vaxt xəstələrin gecikdirilməsinə və ağırlaşmasına səbəb olur. Belə hallarda isə mövcud defisitlərin -keylik,pəncənin sallanması,əzələlərin iflici, sidik ifrazının pozulması,Boyun nahiyyəsində isə onurğa (haram ilikdə) beyində işemik geridönməz dəyişiklərə səbəb olur.Disk yırtığını el arasıda yayılan səhv fikirə görə fəqərə arası disk yırıtığının ölçüsü əsas götürülərək neyrocərrah müayinəsindən yayınırlar. Fəqərə arası disk yırıtığının cərrahiyyəsinə göstərişlər davamlı sinir ağrıları hansi ki, ağrı kəsicilərlə keçmir,xəstədə kobud nevroloji defisitlər- ayaqda və ya əldə artan keylik ,əzələ arıqlaması və güc itkisi sidik ifrazının pozulması,cinsi zəifliyin artması kimi hallardır.Egər bu halların iki və ya daha artığı varsa onda cərrahi əməliyyat qaçınmazdır.Gecikdirilmiş fəqərə arası disk yırıtığın bərpası-reabilitasiyası da uzun çəkir. Fəqərə arası disk yırıtığının ölçüsünə gəldikdə onu qeyd edə bilərəm ki, bu bir o qədər önəmli faktor deyil . Fəqərə arası disk yırıtığının ölçüsü böyük ola bilər ,ancaq sinirin sıxılması az olarsa, çixan disk yırıtığın konsistensiyası yumuşaq olarsa belə yırtığın fizioterapiya və dərman müalicəsi ilə sorulma ehtimalı var .Əks hal üçün deyə bilərəm ki,kiçik fəqərə arası disk yırıtığının yerləşməsi foraminal yəni sinirin onurğa kanalından çıxan dəliyində ola bilər ki, bu kəskin dözülməz ağrılar verə bilir.Belə hallarda Fəqərə arası disk yırıtığı cərrahi əməliyyata göstərişdir.

back to top button